İDMAN


43-cü Ümumdünya Şahmat Olimpiadasında onuncu turun partiyaları oynanılıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında onuncu turun partiyaları oynanılıb.

AZƏRTAC xəbər verir ki, onuncu turda Azərbaycanın kişilərdən ibarət komandası Ukrayna millisinə məğlub olub – 1,5:2,5. Görüşdə Şəhriyar Məmmədyarov Vasili İvançuk, Teymur Rəcəbov Pavel Elyanov, Rauf Məmmədov Ruslan Ponomaryov ilə xalları yarı bölüblər. Digər şahmatçımız Arkadi Naydiç isə Yuri Krivoruçkaya uduzub.

Aktivində 16 xal olan Polşa yığması hazırda Olimpiadada vahid liderdir. Polyaklardan bir xal geri qalan ABŞ və Çin yığmaları ikinci-üçüncü pilləni bölüşürlər. Azərbaycan komandası 13 xalla on üçüncüdür.

Qadın şahmatçılarımız isə Ermənistan komandası ilə heç-heçə ediblər – 2:2. Şahmatçılarımızdan Günay Məmmədzadə Elina Danilyan, Zeynəb Məmmədyarova Lilit Mkrtçyan, Xanım Balacayeva Anna Sarqisyan, Gülnar Məmmədova isə Mariya Kursova ilə xalları yarı bölüblər.

Çin millisi 16 xalla Olimpiadada birinci pillədə qərarlaşıb. Hesabında 14 xal olan Azərbaycan altıncıdır.

Ümumdünya Şahmat Olimpiadası oktyabrın 5-də yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.