Şərurda minik avtomobili yanıb VİDEO
Naxçıvan, 7 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Aşağı Daşarx kəndində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində avtomobildə baş verən yanğın genişlənərək ətraf əraziyə, o cümlədən yaxınlıqdakı elektrik dirəyinə yayılmasına imkan verilmədən söndürülüb.
Xəsarət alan olmayıb.
Müxbir- Nail Əsgərov