Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakı, 4 noyabr, AZƏRTAC

Bakıda ilk dəfə Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi (AIREX 2026) keçirilir.

AZƏRTAC xəbər verir ki, sərginin rəsmi açılış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “PAŞA Property Management” şirkətinin baş icraçı direktoru Tural Əliyev çıxış ediblər.

AIREX 2026 ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunduğu dövrə təsadüf edir. Bakının gələcək inkişafı, eləcə də Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin yenidən qurulması fonunda sərgi Azərbaycanda həyata keçirilən layihələrin beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm platforma rolunu oynayır. Sərginin açılış gününün işgüzar proqramında da Azərbaycanın şəhərsalma təcrübəsi və yenidənqurma işləri əsas yer tutur.

Noyabrın 6-dək davam edəcək sərgidə 60-dan çox yerli və beynəlxalq şirkət iştirak edir. Üç gün ərzində sərgini 20 min nəfərin ziyarət edəcəyi gözlənilir. Tədbir həm ilk mənzilini almaq istəyənlər, həm də yeni bazarları və əməkdaşlıq imkanlarını araşdıran investorlar üçün geniş imkanlar yaradır.

Bakıdan Maldiv adalarınadək – fərqli bazarlar bir sərgidə

AIREX 2026-da Azərbaycanla yanaşı, Birləşmiş Krallıq, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Gürcüstan və Maldiv adaları da təmsil olunur. İştirakçılar arasında Böyük Britaniyanın “Berkeley Group” və “Chapman Taylor”, Birləşmiş Ərəb Əmirliklərinin Modon, Gürcüstanın isə “Silk Development” şirkətləri də var.

Beləliklə, ziyarətçilər yerli yaşayış kompleksləri ilə tanış olmaqla yanaşı, eyni məkanda xarici layihələrin nümayəndələri ilə də görüşmək imkanı əldə edirlər.

Sərgi mənzil almaq istəyənlərə müxtəlif layihələri müqayisə etmək üçün əlverişli şərait yaradır. Eyni büdcə ilə Bakının müxtəlif ərazilərində hansı mənzilləri almağın mümkün olduğu, ilkin ödənişin məbləği və mənzillərin təhvil verilmə müddəti ilə bağlı suallara şirkət nümayəndələrindən birbaşa cavab almaq mümkündür.

İlk mənzilini almaq istəyənlər, eləcə də ailəsi üçün daha geniş yaşayış sahəsi axtaranlar sərgi çərçivəsində müvafiq layihələr və təkliflərlə tanış ola bilərlər.

Ziyarətçilər şirkətlərin stendlərində mənzillərin planlarına baxa, qiymətləri və ödəniş müddətlərini müqayisə edə, sərgi günlərinə özəl təkliflərlə tanış ola bilərlər. Mənzil seçimi zamanı yaşayış komplekslərinin yerləşdiyi ərazi, yaxınlıqdakı infrastruktur və sakinlərə göstərilən xidmətlər barədə də ətraflı məlumat əldə etmək mümkündür.

Xaricdə mənzil almaq və ya daşınmaz əmlaka investisiya yatırmaq istəyənlər isə Bakıdan ayrılmadan beynəlxalq şirkətlərin nümayəndələri ilə görüşə, maraqlandıqları layihələr üzrə alış şərtlərini müzakirə edə bilərlər.

AIREX-in işgüzar proqramı sahə mütəxəssisləri və tələbələr üçün də nəzərdə tutulub. Daşınmaz əmlak şirkətlərinin və agentliklərinin, memarlıq, dizayn, tikinti və texnologiya sahələrinin nümayəndələri sərgidə potensial tərəfdaşlarla görüşərək konkret layihələr üzrə əməkdaşlıq imkanlarını müzakirə edə bilərlər. Müvafiq sahələrdə təhsil alan tələbələr isə layihə müəllifləri ilə ünsiyyət qurmaq, panel müzakirələrində iştirak etmək, mütəxəssislərin təcrübəsi və bazardakı yeniliklərlə tanış olmaq imkanı qazanırlar.

Üç gün ərzində beş panel müzakirəsi, sammit və startap müsabiqəsi

Noyabrın 4-də sərginin işgüzar proqramının əsas mövzusunu Azərbaycanın şəhərsalma perspektivləri təşkil edib. Müzakirələr ölkənin yenidənqurma təcrübəsinə və yeni yaşayış məntəqələrinin planlaşdırılması məsələlərinə həsr olunub. Sərgi çərçivəsində keçirilən şirkət təqdimatları və işgüzar görüşlər isə memarlara, layihə müəlliflərinə və investorlara potensial tərəfdaşlarla birbaşa əlaqə qurmaq imkanı yaradır.

Noyabrın 5-də üç panel müzakirəsinin keçirilməsi nəzərdə tutulur. Mütəxəssislər beynəlxalq brendlərlə əməkdaşlığın yaşayış layihələrinə verdiyi töhfələri, Xəzər regionundan Mərkəzi Asiyayadək şəhərlərin baş planlarının hazırlanması məsələlərini, eləcə də yeni məhəllələrdə yaşayış, iş və istirahət məkanlarının əlaqələndirilməsini müzakirə edəcəklər.

Həmin gün “PMD Projects” şirkətinin təşkilatçılığı ilə III Dayanıqlı Tikinti Sammiti də keçiriləcək.

Noyabrın 6-da diqqət bankların, daşınmaz əmlak və texnologiya şirkətlərinin əməkdaşlığına yönələcək. “SABAH.HUB” ilə birgə təşkil olunacaq “PropTech” startap müsabiqəsində komandalar daşınmaz əmlak sektoru üçün hazırladıqları texnoloji həlləri təqdim edəcəklər. Müsabiqədən sonra şirkətlər maraqlandıqları startaplarla ayrıca görüşərək təklif olunan həllərin öz fəaliyyətlərində tətbiqi imkanlarını müzakirə edə biləcəklər.

AIREX 2026 “Baku Expo Management” və “PAŞA Property Management” şirkətlərinin təşkilatçılığı, “Times Consulting”in strateji tərəfdaşlığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə keçirilir. Sərginin sponsorları “PAŞA Real Estate Qrup”, “Baku City Residences”, “Sea Breeze”, “PMD Group”, “Bakı Ağ Şəhər” və ABB-dir.

Qeyd edək ki, sərgi noyabrın 4-dən 6-dək Bakı Ekspo Mərkəzində ziyarətçilər üçün açıq olacaq. Giriş ödənişsizdir. Ziyarətçilər register.airex.az/az internet səhifəsində və ya sərginin girişində qeydiyyatdan keçə bilərlər.

Müəllif - Vüqar Qurbanoğlu
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Şövqi Əzizov
Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş məşqçi: Dünya çempionatında əvvəlki nəticəmizdən daha yaxşısına ümid edirik

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Türkiyə 2040-cı ildə enerjisinin 70 faizini bərpaolunan mənbələrdən əldə edəcək

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub

“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri

Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir

® “Bank of Baku” ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak edib

Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub

Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Siyasi şərhçi: Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir

Bəstəkar: Azərbaycan musiqi əsərlərinin Almaniyada tədris proqramına salınması başlıca hədəfimizdir

® “Azercell“ “30 il səninlə” lotereyası çərçivəsində ilk qaliblərinə 2 “Toyota Corolla Cross” və 14 “iPhone 17 Pro” smartfonu hədiyyə etdi

® “Ziraat Bank Azərbaycan” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib

Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də öz əhəmiyyətini itirməyəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi -  REPORTAJ  VİDEO

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ VİDEO

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib

“Bir cənub şəhərində”

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovadan

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan

Tədqiqat: Dəniz səviyyəsinin qalxması ekosistem xidmətlərini ildə 164 milyard dollardan məhrum edə bilər

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Deputat: Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltdi VİDEO

Deputat: Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət siyasəti səviyyəsinə yüksəltdi VİDEO

“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb

Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünyada əqli sağlamlıq səviyyəsi zəifləyir - 92 ölkədə aparılan sorğunun nəticəsi

Nazir: Dövlət büdcəsinin əsas hədəflərindən biri özəl investisiyaların artırılmasına dəstək verməkdir

K.S.İmanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Read Qasımov: Əhalinin gündəlik şəhər mərkəzi və geriyə hərəkəti nəqliyyat sisteminə əlavə yük yaradır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNİB VİDEO

Romanın qonaqları - Bir şəhər, min bir turist... FOTOREPORTAJ

Ramil İskəndərli: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayağıdır

İƏİT-in vergi cinayətləri ilə mübarizə sahəsində təşviq etdiyi vahid yanaşma səmərəli prinsiplərə əsaslanır

Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan dövlət maliyyəsi təsnifatını beynəlxalq GFSM standartına 95 faiz uyğunlaşdırmağı hədəfləyir

Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb

Sahil Babayev: Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır

Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir

Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib

Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb

Mehdixan Vəkilov: 148 manatlıq kostyumu "Avara bağı"nda dilənçiyə verən Səməd

Özəl sektorda təqribən 50 minə yaxın əmək müqaviləsi artımı olub

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Deputat: İş adamlarının “AIREX 2026”da iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbediciliyini göstərir VİDEO

Maliyyə naziri: ARDNF qızılın qiyməti 5000 dolları keçdikdən sonra satışa başlayıb

Avrozonada inflyasiyanın illik səviyyəsi 4 faizə çatıb

Nazir: Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar VİDEO

Zəfərin ağxalatlı qəhrəmanları: məktəblilər onların fədakarlığını canlandırdılar VİDEO

Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

İdarə rəisi: Bakı 2040-cı ilədək müasir və dayanıqlı şəhər modelinə keçəcək

AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə işlərini davam etdirir

® Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib

“AIREX 2026” iştirakçısı: Bu sərgi xarici investorların regionun potensialını yaxından tanıması üçün əhəmiyyətli platformadır VİDEO

“AIREX 2026” iştirakçısı: Bu sərgi xarici investorların regionun potensialını yaxından tanıması üçün əhəmiyyətli platformadır VİDEO

Millinin sabiq baş məşqçisi: Yerli futzalçıların yeni sistemə uyğunlaşması üçün zamana ehtiyac var

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib