Maliyyə naziri: Gələn il Neft Fondunun gəlirləri 7,8 milyard dollar qiymətləndirilir VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Strateji valyuta ehtiyatlarımız oktyabrın 1-nə 89,4 milyard dollara çatıb. Bu da xarici dövlət borcunu təqribən 20 dəfə üstələyir.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.
O bildirib ki, növbəti ildə Neft Fondunun gəlirləri xərclərini üstələyəcək.
"Biz Neft Fondunun gəlirlərini növbəti ildə neftin qiyməti 65 dollar hesablandığı halda belə 7,8 milyard dollar olaraq qiymətləndiririk, xərclərini isə 7,1 milyard dollar. Neft fondunun transferti növbəti ildə 7 milyard dollar olaraq proqnozlaşdırılıb. Bu da cari illə müqayisədə 550 milyon dollar və ya 935 milyon manatlıq bir azalma deməkdir”, - deyə nazir vurğulayıb.
Fotoqraf - Aydın Məmmədov