Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
2027-ci il üçün əsaslı xərclər 13,8 milyard manat olaraq proqnozlaşdırılıb və büdcə xərclərinin 32,5 faizinə bərabər olacaq.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.
O bildirib ki, dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat və ya xərclərin 5,2 faizlik məbləğində qiymətləndirilir: “Bu da ən yaxşı göstəricilərdən biridir. Ümumilikdə bizim dövlət borcumuzun aşağı olması imkan verir ki, dövlət büdcəsinin dövlət borclarına xidmət xərcləri dünya üzrə orta göstəricilərdən aşağı icra olunsun”.
Fotoqraf - Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [17:11]
bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb
- 04.11.2026 [16:54]