Maliyyə naziri: Gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 26,4 milyard manat proqnozlaşdırılır VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Gələn ilin dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclər 26,4 milyard manat və ya xərclərin 62,3 faizi olaraq proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 1,2 milyard manat çoxdur.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.
O bildirib ki, qeyri-neft qaz daxilolmaları hesabına bu xərclərin 90,1 faizi təmin ediləcək. Bu xərclərin üzrə sosialyönümlü xərclər 18,7 milyard manat olacaq və ya 44 faizlik bir payı əhatə edəcək. Cari illə müqayisədə sosialyönümlü xərclər 1,6 milyard və ya 9,2 faiz çox olacaq.
Nazir qeyd edib ki, beşillik dövr üzrə sosialyönümlü xərclər 4,4 milyard manat və ya 30 faizlik bir artım göstərir.
Fotoqraf - Aydın Məmmədov