Mərkəzi Bankın sədri: Bank sektorunun struktur likvidlik profisiti 2,2 dəfə artıb VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Milli valyutaya inam artmaqdadır. Son bir ildə əmanətlərin dollarlaşması rezident fiziki şəxslər üzrə 3,3 faiz bəndi azalaraq 25,7 faizə, qeyri-rezident fiziki şəxslər üzrə isə 5,7 faiz azalaraq 54,6 faiz səviyyəsinə düşüb.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, cari ildə monetar sektor göstəriciləri izafi likvidlik şəraitində formalaşıb.
"Məcburi ehtiyatlar çıxılmaqla bank sektorunun struktur likvidlik profisiti cari ilin oktyabrında 6,4 milyard manata çataraq ötən ilin sonu ilə müqayisədə 2,2 dəfə artıb", - deyə Mərkəzi Bankın sədri bildirib.
Fotoqraf - Aydın Məmmədov