Sahil Babayev: Növbəti ildə büdcə üzrə təhsil xərcləri 5,1 milyard manat proqnozlaşdırılır VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Təhsil xərclərimiz növbəti ildə 5,1 milyard manat olaraq proqnozlaşdırılır və bu da büdcə xərclərinin 12 faizidir. Bu, 2025-ci illə müqayisədə 479 milyon manat və ya 10,4 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.
O bildirib ki, məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanları təsnifatı üzrə xərclər 3,4 milyard manat olacaq. Bu, büdcə xərclərinin 8 faizinə bərabərdir.
Fotoqraf - Aydın Məmmədov