Maliyyə naziri: 2027-ci ildə səhiyyə xərcləri büdcə xərclərinin təqribən 5 faizi olacaq VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
2027-ci ildə səhiyyə xərcləri 2,1 milyard manat və ya büdcə xərclərinin təqribən 5 faizi olaraq proqnozlaşdırılır. Bu da 2025-ci illə müqayisədə 809 milyon manat və ya 63 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.
O bildirib ki, səhiyyə xərclərini qiymətləndirərkən icmal səhiyyə xərclərinə diqqət yetirmək lazımdır: “Çünki dövlət büdcəsində səhiyyə xərclərinin yalnız bir qismi əhatə olunur. Səhiyyə xərclərinin böyük hissəsi İcbari Tibbi Sığorta hesabına qarşılandığına görə onlar icmal səhiyyə xərclərində görünür. Növbəti il icmal səhiyyə xərclərimiz 4 milyard manat olaraq proqnozlaşdırılır. Bu da 2025-ci illə müqayisədə 1 milyard manat və ya 36 faiz çoxdur”.
Fotoqraf - Aydın Məmmədov