Sahil Babayev: Növbəti ildə sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılır VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Növbəti ildə sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat olaraq proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.
O bildirib ki, icmal sosial təminat xərclərimiz növbəti il 12,9 milyard manat olacaq: “Bu, 2025-ci illə müqayisədə 2,2 milyard manat və 21 faiz artım deməkdir. Bu da sosialyönümlü siyasətimizin ən gözəl göstəricilərindəndir”.
Fotoqraf - Aydın Məmmədov