Naxçıvanın bəzi yüksək dağlıq ərazilərinə qar yağıb VİDEO
Naxçıvan, 6 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının bəzi yüksək dağlıq ərazilərində qarlı hava şəraiti müşahidə olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Şərur rayonunun Axura kəndində, Ordubadın Göygöl, Əyriçay və Parağaçay Qar Uçqunu Stansiyası ərazilərində, Culfanın Gədik dağında, eləcə də Şahbuzun Batabat, Kükü dağı və Keçəldağ istiqamətindəki yüksək dağlıq ərazilərdə qar qeydə alınıb.
Müxbir - Nail Əsgərov