Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Fuad Əbdürrəhmanov “Xalq Əmanəti” layihəsinin 27-ci nəşrində

“Xalq Bank”ın təqdim etdiyi “Xalq Əmanəti” layihəsinin 27-ci nəşri Azərbaycan heykəltaraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, iki dəfə Stalin mükafatı laureatı Fuad Əbdürrəhmanovun həyat və yaradıcılığına həsr olunmuş “Fuad Əbdürrəhmanov. Heykəltaraşlıq” adlı bədii albomdur.

Noyabrın 18-də görkəmli rəssamların, ziyalıların, heykəltaraşların və incəsənət ictimaiyyətinin digər nümayəndələrinin iştirakı ilə nəşrin təqdimat mərasimi keçirilib.

Azərbaycan monumental heykəltaraşlıq sənətinin inkişafında mühüm rol oynamış Fuad Əbdürrəhmanov 1915-ci il mayın 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olub. Onun rəsm çəkmək istedadını ilk kəşf edən rəsm müəllimi Perov olub. Gənc Fuadın yaradıcılıq potensialını görən müəllimi onun istedadının inkişafı üçün ailəsinin Bakıya köçməsini tövsiyə edir. Beləliklə, 1929-cu ilin yayında Əbdürrəhmanovlar ailəsi Bakıya köçür və bu hadisə gələcək sənətkarın peşəkar yaradıcılıq yolunda mühüm mərhələnin başlanğıcı olur.

Fuad Əbdürrəhmanov ilk peşəkar təhsilini Azərbaycan Bədii Texnikumunda (indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi) alıb. Sonra müəllimlərinin tövsiyəsi ilə təhsilini Leninqradda (indiki Sankt-Peterburq) İ.Y.Repin adına Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda davam etdirib. Məhz bu illərdə onun sənətkarlıq bacarıqları formalaşmağa başlanıb.

Sənətkarın zəngin yaradıcılığında Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin görkəmli şəxsiyyətlərinin obrazları xüsusi yer tutur. Nizami Gəncəvinin Bakıda və Gəncədə ucaldılmış abidələri, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin eyvanını bəzəyən Məhəmməd Füzulinin heykəli, Səməd Vurğunun abidəsi, paytaxtın memarlıq və bədii rəmzlərindən birinə çevrilmiş “Azad qadın” heykəli, eləcə də sənətkarın yaxın dostu, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadəyə həsr etdiyi monumental əsər onun yaradıcılığının diqqətəlayiq nümunələrindəndir.

Fuad Əbdürrəhmanovun sənət irsi Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Onun əsərləri dünyanın müxtəlif şəhərlərinin ictimai məkanlarını bəzəyərək milli heykəltaraşlıq məktəbimizin beynəlxalq miqyasda tanınmasına töhfə verib. Monqolustanın paytaxtı Ulan-Batorda dövlət xadimləri Suxe Bator və marşal Çoybalsanın monumental abidələri, Tacikistanın Düşənbə şəhərində farsdilli poeziyanın görkəmli nümayəndəsi Rudəkinin, Özbəkistanın Buxara şəhərində isə dünya elminin ən parlaq simalarından biri İbn Sinanın abidələri sənətkarın xarici ölkələrdə ucaldılmış əsərləri sırasındadır.

Qeyd edək ki, 2026-cı il noyabrın 19-dan etibarən “Xalq Bank”ın Əsas binasında yerləşən rəsm qalereyasında Fuad Əbdürrəhmanovun əsərlərindən ibarət ekspozisiyanı həftəiçi 5 gün saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir. Ünvan: İnşaatçılar pr., 22 L.

“Xalq Əmanəti” layihəsi ASC “Xalq Bank”ı tərəfindən 2010-cu ildən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində kitablar Azərbaycan, ingilis və rus dillərində nəşr olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına və sənətsevərlərə hədiyyə edilir. Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Tağı Tağıyev, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, Əməkdar rəssam Cahid Camal, Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, həmçinin Əməkdar incəsənət xadimi Vəcihə Səmədova, Kamal Əhmədlə yanaşı, Mirzə Qədim İrəvani, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hökumə Billuri, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Güney Azərbaycan şairlərinin əsərlərindən ibarət antologiya, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünyaşöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoyub

Somali BƏƏ-nin səfirini ölkədən çıxarır

Tramp İranla bağlı qərarını yeni ilin əvvəlində verəcəyini bildirib

Fransa Ruanda da daxil olmaqla, miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasında iştirak etməyəcək

Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım

Kuşner: Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanacaq

Uzun fasilədən sonra Gürcüstan və Rusiya nümayəndələrinin görüşü olub

Zelenski: Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Misir və Fransa Aralıq dənizində birgə hərbi təlimlərə başlayıb

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb VİDEO

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb VİDEO

Tramp Çinə səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib

Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi “KIZILELMA” inventara daxil edilib

Dadaş Məmmədov: İncəsənət protokolsuz ünsiyyətə imkan yaradır və mədəniyyətləri yaxınlaşdırır

Böyük Britaniyada tələbələr ilk qazıntılarında Roma dövrünə aid xəzinə aşkarlayıblar

Aİ Böyük Britaniyadan “Brexit”lə bağlı mövqeyini dəqiqləşdirməyi tələb edir

Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib

Nazir: “Made in EU” strategiyası Türkiyə-Aİ əlaqələrinə xələl gətirir

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır ŞƏRH

Bu saata olan əsas xəbərlər

Ağdama köçürülmüş sakinlərin 2640-dan çoxu məşğulluq tədbirlərinə cəlb edilib - EKSKLÜZİV

Yazdıqlarımın oxuculara çatması ən böyük arzularımdan biri idi - yazıçı

“Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib

AzTU-ya QS dünya reytinqindəki mövqeyinə görə sertifikat təqdim edilib

Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib

Altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb

Azərbaycan ağırlıqqaldıranı Şanxay Əməkdaşlıq Təşkilatı Açıq Kubokunda 3-cü yeri tutub

BMT Məhkəməsi Myanmanı rohincalara qarşı soyqırımı törətməkdə məsuliyyətli hesab edib

Naxçıvan Kukla Teatrı ilə Çine Belediyesi Kültür Merkezi arasında əməkdaşlıq memorandumu imzalanıb

Baş məşqçi: Çalışırıq ki, Xankəndi rəqiblər üçün çətin səfər olsun

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb

Ali Radanın sədri: Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir

Ədəbiyyat Muzeyində Lətif Kərimovun 120 illik yubileyi qeyd olunub

Türkmənistanda Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Daha bir şirkət Ağdam Sənaye Parkının rezidenti olub

Ramiz Məmmədov: Şükürlər olsun ki, yenidən Xankəndidə futbol matçı keçirildi

BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi Vəkillər Kollegiyasının fəaliyyəti barədə məlumatlandırılıb

Elşən Rüstəmov: “İvan İliçin ölümü” teatrın repertuarında layiqli yer tutacaq

Azərbaycanın Qarabağda yaratdığı yeni reallıqlar regionda davamlı sülh üçün zəmin yaradır ŞƏRH

Azərbaycan cüdo üzrə U-23 dünya çempionatında ilk medalını qazanıb

FAO: Qlobal taxıl ehtiyatları gələn il 1,8 faiz artacaq

Pan-Avropa Regional Şurasının iclasında Azərbaycandakı sosial-iqtisadi islahatlar barədə məlumat verilib

Deputat: Gələn ilin sosial müdafiə və səhiyyə xərcləri əhalinin rifahına yönələcək

“Azərişıq” elektroenergetika sektorundakı nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər

İncəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

COP31-də Azərbaycanın sənaye sektorunda yaşıl və rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

UN-Habitat-ın nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcə gəlirlərinin 510 milyon manat təsdiq edilməsi nəzərdə tutulub

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB VİDEO

Nigar Camalova: Tarixi və etnoloji tədqiqatlarda süni intellektin tətbiqi üçün yeddi mərhələli metodika təklif edilib - MÜSAHİBƏ

Azərbaycanla ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub

Böyük futbol yenidən Xankəndiyə qayıtdı

Zəfərdən quruculuğa: Böyük Qayıdışın konturları - ŞƏRH

Dövlət Komissiyası: Cari ilin 10 ayında müsadirə edilən narkotiklərin həcmi 1,7 tondan çox artıb

Bakıda Avstriya günləri

Şərurda Dövlət Proqramının icrası ilə əlaqədar görüş olub

Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər

Lənkəranda fermer təsərrüfatlarında görülən işlərlə yerində tanışlıq olub

Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub

Liderlərin üçtərəfli görüşü: Geosiyasi hesablamalar və Ukraynanın gələcəyi - TƏHLİL

Yusif Tapdıqlı: İstehlakçı müraciətlərinin əksəriyyəti qüsurlu malların satışı ilə bağlıdır

® Mərkəzi Gömrük Hospitalında iş mühitində psixoloji dayanıqlıq mövzusunda maarifləndirici təlim təşkil edilib

Çinin hərbi təhsil üzrə nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

Nərmin Mirzəyeva: ƏMAS əmək qanunvericiliyinin pozulmasının qarşısını əvvəlcədən alır

İcraçı direktor: Biznes biliklərinin adaptasiyası və texnologiyaya transformasiyası çox önəmlidir

Cahangirbəyli kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olunub

Rusiya Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət edib

Bu ilin on ayında istehlakçılara qaytarılan vəsait açıqlanıb

Qırğızıstan və Türkmənistan Azərbaycandan Avropaya uzanan marşrutun perspektivlərini müzakirə edib

Şair Nazim Aslanın “Bir sevginin taleyi” kitabının təqdimatı olub

Qida subyektlərinin əməkdaşları üçün HACCP təlimi keçirilib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kerç körpüsünün dəmir yolu xəttinin zədələndiyini təsdiqləyib

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq YENİLƏNİB VİDEO

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq YENİLƏNİB VİDEO

Rusiya Prezidenti Krım körpüsünə hücumlardan sonra qismən atəşkəs ideyasından imtina edib

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aşkar edilmiş cinayətlərin 189-u qrup halında törədilib

Avropa İttifaqı İndoneziya ilə iki ticarət və investisiya sazişi imzalayır

Azərbaycanın turizm potensialı Ankarada beynəlxalq sərgidə tanıdılır

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsaslı dəyişikliklər ediləcək

Xaçmazda beynəlxalq ekspert bağçılıqla bağlı təcrübəsini bölüşüb

Azərbaycanda “Eternity-2026” təlimi uğurla davam edir

Putin: Rusiya ABŞ-nin Ankoricdə Ukrayna ilə bağlı təkliflərini qəbul edib

Məhdudiyyətləri aşan yaradıcılıq: Ülkər Ayçiçəyin kitabı təqdim olunub

Yanvar-sentyabr ayları ərzində elektron satınalmanın məbləği 3 milyard manatı ötüb

Azərbaycanda 10 ayda 9 tondan çox narkotik vasitə və psixotrop maddə müsadirə olunub

Londonda 265 minədək ictimai nəqliyyat istifadəçisinin şəxsi məlumatları oğurlanıb

Aİ nümayəndəsi: Kibertəhlükəsizlik sahəsində Azərbaycan ilə əməkdaşlığı davam etdiririk

Hindistanda siklon təhlükəsi: 80 mindən çox insan təxliyə edilib

“Türkman dili: ibtidai siniflər üçün qaydalar (I-IV siniflər)” kitabı nəşr edilib

Səudiyyə Ərəbistanı Azərbaycanla əlyazmalar sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Hacettepe Universitetinin Simfonik Orkestri “Nizami” simfoniyasını ifa edib

Putin Si Cinpin və Trampla üçtərəfli görüşlərin davam etdirilməsinə çağırıb

Stanford Universitetində azərbaycanlı IT və süni intellekt mütəxəssislərinin forumu təşkil edilib

Daha bir bank olmayan kredit təşkilatına lisenziya verilib

İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb

Riyaziyyat fənni üzrə kurikulum və dərsliklər yenilənir