Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb VİDEO
Tbilisi, 19 noyabr, AZƏRTAC
Tbilisinin Poniçala rayonunda yaşayış binasında baş verən qaz partlayışından təxminən 8 saat sonra xilasedicilər dağıntılar altından 3 yaşlı uşağı sağ çıxarıblar.
AZƏRTAC xəbər verir ki, uşaq təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Onun səhhətinin qənaətbəxş olduğu bildirilir.
Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən verilən məlumata əsasən, hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.
Xilasedicilər dağıntılar altından biri azyaşlı uşaq olmaqla 5 nəfərin meyitini çıxarıblar. Daha iki nəfərin axtarışları davam edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi