AZƏRBAYCANIN İKİ GÜLƏŞÇİSİ DÜNYA ÇEMPİONATININ QIZIL MEDALINI QAZANA BİLƏR
AzerTAg.az
Bakı, 23 sentyabr (AZƏRTAC). Azərbaycan güləşçiləri Camsulvara Camsulvarayev (74 kq) və Mariya Stadnik (48 kq) Danimarkada keçirilən dünya çempionatının finalına çıxmışlar.
Sərbəst güləş üzrə yığma komandamızın üzvü Camsulvara Camsulvarayev (74 kq) ilk görüşündə slovakiyalı Yakob Kaçenak, daha sonra isə Yunanıstan təmsilçisi Apostolos Taskudisi, Moldova güləşçisi Aleksandr Burçan və hindistanlı Rameş Kumarı məğlub edərək finala çıxmışdır. Qızıl medal uğrunda mübarizədə güləşçimizin rəqibi Rusiya idmançısı Denis Tsarquş olacaqdır.
Qadın güləşçilərimiz də çempionata uğurla başlamışlar. Mariya Stadnik (48 kq) ardıcıl olaraq, Tatyana Xurnoviç (Belarus), Sara Sançez (İspaniya) və Lyudmila Baluşkaya (Ukrayna) qalib gələrək yarımfinala yüksəlmişdir. Finala çıxmaq uğrunda güləşçimiz Böyük Britaniya idmançısı Yana Stadniki məğlub etmişdir. Azərbaycan idmançısı qızıl medal uğrunda rusiyalı Larisa Qorjak ilə qarşılaşacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var