Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyəti Koreya Respublikasında səfərdə olmuşdur VİDEO

Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyəti Koreya Respublikasında səfərdə olmuşdur VİDEO

Bakı, 21 dekabr (AZƏRTAC). Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyəti Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) təşkilatçılığı ilə bu ölkədə “Koreyanın inkişaf təcrübəsinin azərbaycanlı jurnalistlər tərəfindən öyrənilməsi” mövzusunda təlim proqramında iştirak etmişdir.

AZƏRTAC xəbər verir ki, təlim proqramının əsas məqsədi azərbaycanlı jurnalistləri Koreya Respublikasının tarixi, iqtisadi inkişafı, mədəniyyəti ilə yaxından tanış etmək idi.

Səfərin ilk günü jurnalistlər təlim proqramının rəhbəri xanım Na Yanq Kim ilə görüşmüşlər. Proqram barədə ətraflı məlumat verən Na Yanq Kim təmsil etdiyi agentlik ilə Azərbaycan hökuməti arasında sıx əlaqələrin olduğunu vurğulamış və mövcud əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini qeyd etmişdir. O bildirmişdir ki, hazırda dünyanın 45 ölkəsində fəaliyyət göstərən KOİCA bu il Azərbaycanda artıq 4 layihə həyata keçirmişdir. Xanım Na Yang Kim, həmçinin agentliyin Azərbaycan Texniki Universiteti və Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrindən söhbət açmışdır. Bildirilmişdir ki, hazırda KOİCA Azərbaycan hökuməti ilə 2014-cü il üçün əməkdaşlıq proqramını müzakirə edir.

Azərbaycan nümayəndə heyəti Koreya Universitetinin professoru Yoo Seok-hoon ilə də görüşmüşdür. Ölkəsinin tarixi, mədəniyyəti və iqtisadi inkişafı barədə ətraflı danışan professor bildirmişdir ki, əlverişli coğrafi mövqeyə malik olduğundan Koreya Respublikası da Azərbaycan Respublikası kimi daim hücumlara məruz qalmışdır. Ölkəmizin tarixinə, mədəniyyətinə yaxşı bələd olduğunu qeyd edən Yoo Seok-hoon Azərbaycanın son illər əldə etdiyi hərtərəfli inkişafı yüksək qiymətləndirmişdir.

Səfər çərçivəsində azərbaycanlı jurnalistlər Koreyanın nüfuzlu “Asia Business Daily” qəzetinin baş redaktoru Park Jong İn, redaktoru Jae Hyun və digər rəhbər şəxsləri ilə görüşmüşlər. Qəzetin baş redaktoru Park Jong İn ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələrindən danışmış, Azərbaycanın hərtərəfli inkişafını yüksək qiymətləndirmiş və rəhbəri olduğu qəzetin Azərbaycana olan marağını xüsusi qeyd etmişdir.

Qəzetin fəaliyyəti barədə məlumat verən redaktor Jae Hyun medianın Koreyanın inkişafında oynadığı mühüm roldan danışmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti mətbuat xidmətinin əməkdaşı Aygün Abbas “Asia Business Daily” qəzetinin rəhbərliyinə səmimi qəbula görə minnətdarlığını bildirmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətinin fəaliyyəti barədə koreyalı jurnalistlərə ətraflı məlumat verən A.Abbas bildirmişdir ki, mətbuat xidmətinin əsas vəzifələrinə Baş nazirin və müavinlərin görüşləri barədə xəbərlərin, qəbul edilmiş qərarların dərc edilməsi, o cümlədən hökumət ilə ictimaiyyət arasında körpü yaratmaqdan ibarətdir.

Azərbaycanda kütləvi informasiya vasitələrinə dövlət dəstəyindən danışan A.Abbas ölkədə söz və məlumat azadlığının təmin edilməsinin, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılmasının prioritet vəzifə kimi müəyyənləşdirildiyini bildirmişdir. O demişdir: “2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu istiqamətdə atılmış mütərəqqi addımdır”.

Sonra nümayəndə heyətinin üzvləri təmsil etdikləri mətbuat orqanları barədə təqdimatlarla çıxış etmişlər.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) əməkdaşı Vüqar Əliyev agentliyin tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri və həyata keçirdiyi layihələr barədə koreyalı jurnalistlərə slaydlar əsasında ətraflı məlumat vermişdir. Prezident İlham Əliyevin ölkənin kütləvi informasiya vasitələrinin inkişafına verdiyi dəstəkdən, dövlətimizin başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın mətbuat-dövlət münasibətlərinin tənzimlənməsində oynadığı mühüm roldan danışan V.Əliyev demişdir: “Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalətin və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynayır”.

Səfərin sonuncu günü nümayəndə heyətinin üzvləri KOİCA-nın prezidenti Young Mok Kim, vitse-prezidenti Han Çoong və digər rəhbər şəxsləri ilə görüşmüşlər. Azərbaycanlı jurnalistləri səmimi salamlayan KOİCA-nın prezidenti rəhbərlik etdiyi agentliyin fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermiş, agentlik ilə Azərbaycan arasında mövcud əlaqələri yüksək qiymətləndirmiş, bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirmişdir. O, Azərbaycanın son illərdə sürətli inkişafını yüksək dəyərləndirmişdir.

Koreya Respublikasına səfər çərçivəsində azərbaycanlı jurnalistlər Seul, Ulsan, Suvon və Sonnam şəhərlərində olmuş, “Hyundai” şirkətinin gəmiqayırma zavodunu və muzeyini, “SK Energy” şirkətini, “KBS Suwon” İncəsənət mərkəzini, “Seul qülləsi”ni, Milli Müasir Tarix Muzeyini, “SK T.um” şirkətini, “KBS Global” radio və televiziya şirkətini, “Gyeongbokgung” imperator sarayını, “Yoo ailəsi”ni ziyarət etmiş, məşhur “NANTA” teatrında tamaşaya baxmışlar.

Təlimin sonunda azərbaycanlı jurnalistlərə sertifikatlar təqdim edilmişdir.  

Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyəti Koreya Respublikasında səfərdə olmuşdur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi