CƏMİYYƏT
50 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, eyni zamanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 29-da agentliyin əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 51 ticarət müəssisəsi və 29 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 50 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 44, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 26 nöqsan aşkar olunub. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilən müəssisələrin siyahısı ilə aşağıdakı linkdə tanış olmaq olar: http://afsa.gov.az/az/media/news_details/3389