SİYASƏT
Qubadlının işğalından 21 il keçir VİDEO
Qubadlı rayonunun sakinləri ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq işğalın son günlərinə qədər düşmənlə qəhrəmancasına döyüşdülər. Silaha sarılan qubadlılılara mərkəzdən heç bir kömək gəlməsə də, onlar doğma yurdlarını var qüvvələri ilə qorudular. Lakin Cəbrayıl və Füzulinin işğalından sonra Qubadlı tamamilə təkləndi və müdafiəsiz qaldı.
Torpaqlarımızın qorunması uğrunda mübarizədə 238 nəfər Qubadlı sakini qəhrəmancasına şəhid oldu. Yüz nəfərə qədər insan itkin düşdü və girov götürüldü. Yüzlərlə döyüşçü və mülki əhali yaralandı, əlil oldu. Əhalinin yurd-yuvası talandı, 94 kənd və Qubadlı şəhəri yerlə yeksan edildi. Döyüşlərdə qəhrəmanlıq göstərən 9 nəfər qubadlılı sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Hazırda Qubadlının 35 mindən çox əhalisi Azərbaycanın 40-dan çox şəhər və rayonunda məskunlaşıb. İyirmi iki mindən çox qubadlılı məcburi köçkün soydaşımız isə Sumqayıtda yaşayır. Azərbaycan dövləti Qubadlıdan olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüb.