Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsində Azərbaycan çox uğurlu nəticələr əldə edib VİDEO

Bakı, 27 sentyabr (AZƏRTAC). Azərbaycan qlobal davamlı inkişaf gündəliyinin həyata keçirilməsinə və 2015-ci ildən sonrakı inkişaf gündəliyi ilə əlaqədar razılığın əldə olunmasına öz öhdəliyini bir daha təsdiq edir. Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsində ölkəmiz çox uğurlu nəticələr əldə edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyasının ümumi müzakirələrində çıxış edərkən deyib.

E.Məmmədyarov bildirib ki, son on il ərzində Azərbaycanın ümumi daxili məhsulu 3,4 dəfə artıb. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir. Mükəmməl yüksək iqtisadi artım göstəriciləri mövcud resursların düşünülmüş formada istifadəsi və sosial əsaslı bazar iqtisadiyyatına sürətli keçid əsasında baş verib. Yoxsulluğun səviyyəsi 2004-cü ildə 49 faizdən 2014-cü ildə 5,3 faizə düşüb. Eyni dövrdə işsizliyin səviyyəsi 10,6 faizdən 5 faizə düşüb.

Hökumət tərəfindən idarəetmənin təkmilləşdirilməsi, qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarına hörmətin və ictimai xidmətlərə asanlaşdırılmış çıxışın təmin olunması, bərabərhüquqlu və hamını əhatə edən təhsil, gender bərabərliyi və qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, sərfəli enerjiyə çıxışın təmin edilməsi və ətraf mühitin mühafizəsi kimi sahələrdə irimiqyaslı proqramlar həyata keçirilir.

Nazir qeyd edib ki, milli səviyyədə sürətli inkişaf Azərbaycana inkişaf edən donor statusunda rəsmi olaraq inkişafa yardım etmək imkanı verib. Son illərdə ölkəmiz yeni təsis edilən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə inkişaf etməkdə olan dövlətlərin humanitar və sosial-iqtisadi problemlərinin həllində iştirakını davam etdirir. Beynəlxalq inkişafa yardım fəaliyyəti ictimaiyyətimiz tərəfindən də geniş dəstəklənir. Azərbaycanda aparıcı qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu bir sıra ölkələrdə çoxsaylı sosial, humanitar və inkişaf layihələri həyata keçirib.

Azərbaycan dünya bazarında özünü etibarlı enerji təchizatçısı kimi də doğruldub. Bu günlərdə ölkəmizdə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib. Bu 50 milyard dollarlıq layihə çərçivəsində Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri sisteminin tikintisi nəzərdə tutulub. Bu xətlər Azərbaycanda tamamilə yeni mənbədən qazın Avropaya çatdırılmasına imkan verəcək.

Azərbaycanın təşəbbüsü olan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsi region ölkələrini informasiya-kommunikasiya xidmətləri ilə təmin edəcək, internetə çıxışı sadələşdirəcək. Bu layihə, həmçinin region boyunca 20-dən artıq ölkəni telekommunikasiya və “e-info” sistemləri ilə təmin edəcək.

Davamlı inkişafın önəmli mexanizmi kimi nəqliyyatın kəsb etdiyi dəyəri qiymətləndirərək, Azərbaycan müvəffəqiyyətlə bir neçə regional infrastruktur layihələrini həyata keçirməyə başlayıb. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən vacib xətdir.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri bildirib ki, çağdaş dövrdə dünyanın üzləşdiyi hədə və təhdidlərin fonunda müxtəlif mədəniyyətlərin başlıca dəyərlərinin təşviqi, fərqli icmalar arasında anlaşmanın artırılması və qarşılıqlı hörmətin həvəsləndirilməsinin davamlı şəkildə vurğulanması çox vacibdir. Asiya və Avropa kimi iki böyük qitənin ortasında yerləşən Azərbaycan Şərq və Qərbin görüşdüyü, dünyanın əsas dinlərinin sülh şəraitində yanaşı mövcud olduğu və müxtəlif mədəniyyətlərin dəyər və ənənələrinin ahəngli formada bir-birini tamamladığı nadir məkandır. Təsadüfi deyil ki, son illər ərzində Azərbaycan sivilizasiyalararası dialoq və müxtəlif dinlər, əqidə və mədəniyyətlər arasında anlaşmanın təşviq olunması üçün çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Nazir deyib ki, zorakılıq və kövrək durum inkişafa qarşı ən böyük maneə olaraq qalmaqdadır. Dünya birliyi hələ də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin ciddi şəkildə pozulması halları ilə üzləşir. Xalqlar dağıdıcı müharibələr, təcavüz, hərbi işğal və etnik təmizləmədən hələ də əziyyət çəkməkdə davam edirlər. İyirmi ildən artıq bir müddətdə qonşu Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi güc tətbiq edir. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirilib və bunun nəticəsində Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmayıb. İşğal edilmiş ərazilərdə və Ermənistanda Azərbaycanın bütün tarixi və mədəni abidələri dağıdılıb.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən, zor tətbiq edərək ərazi əldə olunmasının qəbuledilməzliyini təsbit edən dörd qətnamə qəbul olunub. Qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bundan əlavə, BMT-nin Baş Məclisi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və çoxsaylı digər regional təşkilatlar Azərbaycanın suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyən və münaqişənin bu prinsiplər əsasında həllini tələb edən müxtəlif qərarlar qəbul ediblər.

Təəssüf ki, Ermənistan tərəfindən yuxarıda qeyd olunan bu qətnamələrə və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə məhəl qoyulmur və Ermənistan Azərbaycan torpaqlarının hərbi işğalını davam etdirir. Ermənistan tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması və Azərbaycanın dinc sakinlərinin məqsədyönlü şəkildə hücumlara məruz qalması nəticəsində cəbhə xətti yaxınlığında yaşayan sakinlərin ölümü və yaralanması halları baş verir. Bu yaxınlarda işğal edilmiş ərazilərdə öz qohumlarının məzarını ziyarət edən bir neçə mülki azərbaycanlı əsir götürülərək işgəncələrə məruz qoyulub, onların bəziləri hətta öldürülüb. Məhz bu səbəbdən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cəzasızlığın sona çatdırılmasında beynəlxalq birliyin daha fəal mövqe nümayiş etdirməsi zəruridir. Cəzasızlığın qarşısının alınması davamlı sülhün və barışığın təmin edilməsi baxımından əhəmiyyətlidir.

Nazir vurğulayıb ki, iki gün əvvəl Ermənistanın prezidenti ümumi müzakirələrdə çıxışında faktları və sülh prosesini saxtalaşdıraraq, beynəlxalq hüququn norma və prinsiplərini və bu çərçivədə qəbul olunmuş sənədləri təhrif edərək BMT Baş Məclisini aldatmağa çalışdı. Ermənistan prezidenti ali prinsip olan xalqların öz müqəddəratını təyinetmə prinsipindən sui-istifadə edərək ölkəsinin qonşu dövlət olan Azərbaycanın ərazilərinin zor tətbiq etməklə ilhaq olunması faktını ört-basdır etməyə çalışır. Onun Azərbaycanda yaşayan ermənilərin öz müqəddəratını təyinetmə kimi təqdim etməyə çalışdığı vəziyyətin BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit olunmuş öz müqəddəratını təyinetmə ilə heç bir əlaqəsi yoxdur. Əslində öz müqəddəratını təyinetmə prinsipi didərgin düşmüş azərbaycanlıların Dağlıq Qarabağ regionuna qayıtmasını tələb edərək, Azərbaycan daxilində onların erməni icması ilə sülh və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur. Biz bu məqsədə sülh yolu ilə nail olacağımıza inanırıq.

Azərbaycanın münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirən E.Məmmədyarov deyib: “Ermənistan hökuməti dərk etməlidir ki, digər dövlətin ərazisinin işğal edilməsi həll yolu deyil və onun status-kvoya güvənməsi böyük yanlışlıqdır. Azərbaycan heç vaxt ərazi bütövlüyünü və vətəndaşlarının işğal nəticəsində pozulmuş hüquq və azadlıqlarını güzəştə getməyəcək.

Beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə birmənalı və davamlı dəstəyi ciddi amildir. Bu, Ermənistana onu göstərir ki, işğal nəticəsində yaranmış mövcud status-kvo heç vaxt qəbul edilməyəcək. BMT Nizamnaməsinin hərfini və ruhunu rəhbər tutaraq Azərbaycanın ərazi bütövlüyünü dəstələdiyinə görə üzv dövlətlərə təşəkkür etmək istərdim. Beynəlxalq ictimaiyyət zor tətbiq edərək beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi cəhdlərini qəbul etmir və etməyəcək. Dünya ikili standartları qəbul etməməlidir, əks təqdirdə bu yanaşma bizi yenidən keçən əsrin qaranlıq dövrlərinə apara bilər. Bu xüsusda, Azərbaycana qarşı təcavüz və insanlığa qarşı cinayət törətmiş ermənilərin ədalət qarşısına çıxarılmasının və onlara qarşı sanksiyaların tətbiq edilməsinin vaxtı çatıb”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb