Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycanı Danimarkada tanıdan professorlar
AzərTAc-ın Kopenhagendən reportajı VİDEO

Kopenhagen, 6 dekabr, A.Həsənova, E.Şahbalayev, AZƏRTAC

Xaricdə yaşayan soydaşlarımız təkcə yaşadıqları ölkələrdə diaspor təmsilçisi kimi fəaliyyət göstərmir, eləcə də həmin ölkələrin ictimai-siyasi, elmi və mədəni həyatında yüksək fəallıq göstərərək Azərbaycanı uğurla təmsil edirlər.

AZƏRTAC-ın Danimarkaya ezam edilmiş əməkdaşları belə azərbaycanlılardan olan, Danimarkanın Qlostrup xəstəxanasının nevrologiya şöbəsinin baş həkimi, Kopenhagen Tibb Universitetinin professoru Məsud Aşina və onun qardaşı, Nyu-York Tədqiqatlar İnstitutunun baş elmi işçisi, Nyu-York Tibb Universitetinin professoru Səid Aşina ilə görüşüblər.

Məsud Aşina 1965-ci ildə Bakıda doğulub, Azərbaycan Tibb Universitetini bitirib, aspiranturada təhsil aldıqdan sonra Danimarkada doktorluq dissertasiyası müdafiə edib. Danimarkada həkim kimi Kopenhagenin Rigs xəstəxanasında fəaliyyətə başlayıb, sonra Qlostrup xəstəxanasında bir çox layihələrə rəhbərlik edib.

AZƏRTAC-a müsahibəsində Məsud Aşina uzun illər Danimarkada yaşamasına baxmayaraq, Azərbaycan ilə sıx əlaqə saxladığını, Vətənə tez-tez gəldiyini dedi. O, Azərbaycanda son on ildə gördüyü dəyişikliklərə çox sevindiyini bildirdi. Öz sahəsində şöhrət qazanmış həkim Azərbaycanda tibb sahəsində bir sıra layihələr həyata keçirdiyini, o cümlədən nevrologiya üzrə beynəlxalq konfrans təşkil etdiyini diqqətə çatdırdı.

Qlostrup Hospitalının Nevrologiya şöbəsinin baş həkimi M.Aşina tibb sahəsində, xüsusilə miqren xəstəliyinin öyrənilməsi, müalicəsi ilə bağlı ciddi nailiyyətlər əldə edib. Bu sahədə 200-dən artıq məqalənin və 35-dən çox elmi kitabın müəllifi olan professor 2011-ci ildə “Nevrologiya” sahəsi üzrə “Mogens Fog” mükafatına layiq görülüb.

M.Aşina bu gün iştirak etdiyi beynəlxalq tədbirlərdə ünsiyyətdə olduğu tanınmış alimlərlə söhbətində ölkəmiz haqqında eşitdiyi müsbət rəylərin onda xoş təəssürat oyatdığını bildirərək dedi: “İndi Azərbaycanı dünyanın hər yerində tanıyırlar. 10-15 il əvvəl belə deyildi. Ölkəmizdə keçirilən beynəlxalq konfrans və seminarlar Azərbaycanı dünyada tanıtmaq imkanı yaradıb. Mən tez-tez xarici ölkələrdə mühazirələr oxuyuram. Getdiyim hər yerdə azərbaycanlı olduğumu bilən kimi, ilk növbədə Bakıdan, onun gözəlliyindən söz açılır və bu, məni sevindirir”.

Doktor Məsud Aşina son illər tibb sahəsində əldə etdiyi nailiyyətlə Danimarka ictimaiyyəti və dünya tibb mütəxəssislərinin diqqətini özünə cəlb edib. Belə ki, professor miqren üzrə 1998-ci ildən 2013-cü ilədək irəli sürdüyü nəzəriyyələrin tətbiqi ilə bağlı rəhbərlik etdiyi qrupla bir il ərzində araşdırma aparıb.

M.Aşina tanıdığı elm adamlarının bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə çox maraqlandıqlarını vurğulayaraq dedi: “Mənə Dağlıq Qarabağ problemi ilə bağlı verilən suallara cavabım bir olur: Bizim ərazilərimiz işğal edilib, insanlarımız evindən, eşiyindən, doğma torpağından didərgin düşüblər. Azərbaycan dövləti də, xalqı da hələ ki münaqişənin sülh yolu ilə həllinə tərəfdardır”.

Qeyd edək ki, Məsud Aşinanın birillik araşdırma qrupunun fəaliyyətində onun qardaşı Səid Aşina da iştirak edib.

Səid Aşina tibb sahəsində əldə etdiyi nailiyyətlər, baş ağrıları və miqrenin müalicəsi istiqamətində həyata keçirdiyi tədqiqatlardan danışdı. O bildirdi ki, bu gün Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlər çoxdur və Vətəndə də bu istiqamətdə həyata keçirilən layihələrdə yaxından iştirak edir.

S.Aşina Bakıda anadan olub. Burada orta məktəbi bitirən Səid sonradan ali təhsilini Danimarkada davam etdirib. Kopenhagen Tibb Universitetinin məzunudur. Hazırda isə o, Nyu-York Tədqiqatlar İnstitutunun baş elmi işçisi, Nyu-York Tibb Universitetinin professorudur. Hazırda Nyu-Yorkun Albert Eynşteyn Tibb Universitetində elmi tədqiqatlarını davam etdirir. O, həmçinin Manhettendə, Beth İsrail Tibb Mərkəzinin nevrologiya və anesteziologiya kafedrasının dosenti və baş ağrıları proqramının direktorudur.

S.Aşina Azərbaycanda tibb sahəsində çox böyük potensialın olduğunu qeyd edərək bildirdi: “Bu gün Azərbaycanda çox savadlı gənc həkimlər yetişir. Bu isə səhiyyəmizin inkişafı deməkdir. Ümumiyyətlə, Bakıda çox böyük dəyişikliklər var. Müasir infrastruktur, yaraşıqlı küçə və meydanlar, yeni tikilən binalar şəhəri daha da gözəlləşdirir. Biz buna çox şadıq və əminik ki, Azərbaycan daha da inkişaf edəcək”.

S.Aşina Londonda keçirilən baş ağrıları üzrə beynəlxalq konqresdə nüfuzlu mükafata layiq görülüb. O, bu mükafata Albert Eynşteyn Tibb Universitetində apardığı elmi tədqiqatların uğurlu nəticəsi və miqren üzrə yeni kəşfinə görə layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın REPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub