ORDU
Atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistanın İcevan rayonunun Vozaşen, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Quşçuayrım kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərini atəşə tutublar.
Ermənilər Azərbaycan Respublikasının Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Şuraabad, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.