ELM VƏ TƏHSİL
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı magistraturaya daxil olmaq üçün sınaq imtahanları keçirəcək
Bakalavrların nəzərinə!
2015-ci il mayın 5-də saat 10.00-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialına daxil olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək.
Sınaq imtahanları aşağıdakı ixtisaslar üzrə aparılacaq:
1. Rus filologiyası (rus dili və ədəbiyyatı)
2. Roman-german filologiyası (italyan dili və ədəbiyyatı; ingilis dili və ədəbiyyatı)
3. Riyaziyyat və kompyuter elmləri
4. Kimya
5. Psixologiya
2015-ci il mayın 4-də saat 14:00-da filialın magistraturasına daxil olmaq istəyənlər üçün məsləhətləşmələr keçiriləcək.
Məsləhətləşmələr bu ünvanda aparılacaq:
H.Cavid prospekti, 133 (Metronun “Elmlər Akademiyası” stansiyası)
İmtahanlara hazırlıq proqramları M.V.Lomonosov adına MDU-nun Bakıdakı filialının www.msu.az saytında yerləşdirilib.
Sınaq imtahanlarında iştirak etmək istəyənlər [email protected] elektron ünvanına aşağıdakı strukturlu məktub göndərməlidirlər:
1) Adı, soyadı, atasının adı;
2) İmtahan veriləcək ixtisası göstərmək;
3) Məktuba pdf və ya jpeg formatında belə bir fayl qoşmaq:
- Ali təhsil məktəbini bitirmək haqqında diplomun elektron surəti (əvvəlki illərin məzunları üçün)
- Bakalavrlığın sonuncu kursunda təhsil almaq barədə ali təhsil məktəbinin verdiyi arayışın elektron surəti (cari tədris ilinin məzunları üçün).
İmtahana şəxsiyyət vəsiqəsi ilə gəlmək lazımdır.
Əlaqə telefonu: 0125989319.
İmtahanlar filialın Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanında yerləşən kampusunda keçiriləcək.