8. Dövlət Proqramının həyata keçirilməsi üzrə TƏDBİRLƏR PLANI
|
Sıra №-si |
Tədbirin adı |
İcraçı qurumlar |
İcra müddəti (illər üzrə) |
|
1 |
2 |
3 |
4 |
|
8.1. Aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi |
|||
|
8.1.1. |
Azərbaycan Respublikasının aviasiya təhlükəsizliyi sahəsində beynəlxalq konvensiyalara qoşulması ilə bağlı təkliflərin hazırlanması |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi |
2020─2021 |
|
8.1.2. |
Aviasiya təhlükəsizliyi sahəsində qüvvədə olan hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi
|
mütəmadi |
|
8.1.3. |
Aviasiya təhlükəsizliyi sahəsində qəbul edilmiş qanunların və digər normativ hüquqi aktların izahına dair məcmuələrin hazırlanması |
Aviasiya Agentliyi |
mütəmadi |
|
8.1.4. |
Mülki aviasiya hava limanlarının, aviaşirkətlərin, aviasiya subyektlərinin, habelə digər idarə, təşkilat və müəssisələrin aviasiya təhlükəsizliyi proqramlarının təkmilləşdirilməsi |
Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, digər mülki aviasiya subyektləri |
mütəmadi |
|
8.1.5. |
Aviasiya təhlükəsizliyi sahəsində qanun pozuntuları ilə mübarizə tədbirlərinin həyata keçirilməsini tənzimləyən aktların təkmilləşdirilməsi, yeni aktların hazırlanması |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
2021 |
|
8.1.6. |
Aviasiya təhlükəsizliyi sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması üzrə sənədlərin işlənib hazırlanması və tətbiqi |
Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC |
2020─2021 |
|
8.2. Aviasiya təhlükəsizliyi sahəsində nəzarət prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan
təcrübəyə uyğunlaşdırılması
|
|||
|
Aviasiya təhlükəsizliyi tədbirlərinin təkmilləşdirilməsi və Dövlət Proqramına uyğun olaraq həyata keçirilməsi |
Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC |
mütəmadi |
|
Azərbaycan Respublikasının qoşulduğu aviasiya təhlükəsizliyi üzrə beynəlxalq konvensiyaların tələblərinin həyata keçirilməsinin təmin edilməsi |
Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC |
mütəmadi |
|
Aviasiya təhlükəsizliyinin ICAO və ECAC standartlarına və tövsiyələrinə uyğunluğunun təmin edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi |
Aviasiya Agentliyi |
mütəmadi |
|
Mülki aviasiyanın fəaliyyətinə mümkün müdaxilə hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülməsi, habelə müvafiq struktur bölmələrinin daim hazır vəziyyətdə saxlanılması üçün tədbirlərin həyata keçirilməsi |
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibinə daxil olan dövlət orqanları (qurumları) |
mütəmadi |
|
Mülki aviasiya hava limanlarında aviasiya təhlükəsizliyinin vəziyyəti haqqında məlumatların yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsi |
“Azərbaycan Hava Yolları” QSC |
mütəmadi |
|
8.2.6. |
Aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət tədbirlərinin beynəlxalq standartlara və tövsiyə olunan təcrübələrə uyğunlaşdırılması |
Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC |
2020─2021 |
|
8.2.7. |
Aviasiya təhlükəsizliyi sahəsində personalın hazırlığı üzrə tədbirlərin beynəlxalq standartlara və tövsiyə olunan təcrübələrə uyğunlaşdırılması |
Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC |
2020─2021 |
|
8.2.8. |
Hava limanlarının müasir texniki vasitələrlə təchiz edilməsi |
Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC |
2020─2021 |
|
8.2.9. |
Fövqəladə hallarda mülki aviasiya hava limanlarında stasionar və səyyar idarəetmə məntəqələrinin yaradılması və müvafiq texniki vasitələrlə təchiz edilməsi |
Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC |
2020─2021 |
|
8.2.10. |
Mülki aviasiya təhlükəsizliyi sahəsində “qaynar xətt”in yaradılması |
Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC |
2020 |
|
8.3. Kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi |
|||
|
8.3.1. |
Aviasiya təhlükəsizliyi sahəsində xarici dövlətlərlə təcrübə mübadiləsi, həmçinin aviasiya personalının əlavə təhsili üçün tədbirlərin həyata keçirilməsi |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC |
mütəmadi |
|
8.3.2. |
Aviasiya təhlükəsizliyi sahəsində tədris vəsaitlərinin hazırlanması |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC |
mütəmadi |
|
8.3.3. |
Yerli və xarici mütəxəssislər cəlb edilməklə aviasiya təhlükəsizliyi sahəsində tədbirlərin təşkili |
Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC |
mütəmadi |
|
8.3.4. |
Aviasiya təhlükəsizliyi personalının peşəkarlığının və biliklərinin artırılması üçün Milli Aviasiya Akademiyasının imkanlarından geniş istifadə edilməsi |
Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC |
mütəmadi |
|
8.3.5. |
Mülki aviasiyanın təhlükəsizliyinin təmin olunmasında iştirak edən dövlət orqanları (qurumları) arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi |
Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC |
2020─2021 |
|
8.3.6. |
Mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi |
Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC |
2020─2021 |