İQTİSADİYYAT
8 Martda "Bank of Baku"dan xanımlara 8 hədiyyə
Bakı, 6 mart, AZƏRTAC
8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində "Bank of Baku" xanımlara səkkiz gün davam edəcək 8 kampaniyaya start verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, hər bir xanım müştərinin sevincinə səbəb olacaq bu kampaniyalardan "Bank of Baku"nun həm cari, həm də yeni müştəriləri faydalana bilər.
Səkkiz kampaniyaya aşağıdakılar daxildir:
1. Gənc xanımlara "Bolkart Gənc" debet hədiyyə - yaşı 27-dək olan, "Bolkart Gənc" debet əldə etmək istəyən xanımlar kartı emissiya və 2 illik xidmət haqqı pulsuz olaraq əldə edə bilərlər;
2. "Bolkart Ailə" debet pulsuz - yaşı 27-dən yuxarı olan xanımlar "Bolkart Ailə" debet kartını emissiya və 2 illik xidmət haqqı pulsuz olaraq rəsmiləşdirəcəklər. "Bolkart Ailə" debet kartına sahib olan bəylər isə öz kartlarına bağlı ikinci kart əldə edərək xanımlarına hədiyyə edə bilərlər;
3. "İŞKART" debet pulsuz - xanım sahibkarlar və ya VÖEN hesabına malik vergi ödəyicisi olan hər bir xanıma kart 1 və ya 2 illik hədiyyə edilir;
4. Nağd pul kreditlərinə 0 faiz komissiya - 5 min manatadək nağd pul krediti üçün müraciət edən xanım müştərilərə komissiya faizi hədiyyə;
5. Xanım sahibkarlar üçün əməkhaqqı layihəsi üzrə ayrılan plastik kartlar pulsuz;
6. "Bolkart Gənc" və "Bolkart Ailə" kredit kartlarının 1-ci il xidmət haqqı pulsuz;
7. "Bolkart" kredit kartları ilə 3 və ya 6 aya ödəmə tərəfdaşlarında 8 aya ödəmək imkanı - 8 taksit kampaniyası yalnız geyim, parfümeriya, aksesuar, telefon və məişət avadanlıqları satılan mağazalarda keçərlidir;
8. "Lider" və "Monex" təcili pul köçürmələri üzrə 50 faiz endirim.
Bayram ərəfəsində xanımları təbrik etmək istəyən bəylər də bu kampaniyalardan bəhrələnərək xanımlarına sərfəli şərtlərlə hədiyyə əldə edə biləcəklər.
Kampaniyalar haqqında daha ətraflı məlumatı bankın rəsmi facebook səhifəsinə daxil olaraq https://www.facebook.com/bankofbaku/ və ya 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.