SİYASƏT
8 saylı Binəqədi birinci seçki dairəsinin seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun keçirilir
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də saat 8:00-dan etibarən 8 saylı Binəqədi birinci seçki dairəsinin dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlayıb.
8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Natiq Əliyev AZƏRTAC-a bildirib ki, dairənin əhatə etdiyi 39 daimi və bir müvəqqəti seçki məntəqəsi bütün zəruri avadanlıqla təmin edilib. Bütün seçki məntəqələrində seçicilərin normal səs vermələri üçün hər cür şərait yaradılıb. Seçki dairəsi üzrə seçicilərin sayı 47 min 830 nəfər təşkil edir. Seçicilərin 25 faizi gənc, 820 nəfəri isə 80-100 yaşlı insanlardır. 605 nəfər isə ilk dəfə səs verəcək gənclərdir.
Seçkiləri müşahidə etmək üçün müxtəlif siyasi partiya və təşkilatlardan 541 nəfər qeydiyyatdan keçib.
Məntəqələr seçki bülletenləri, gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün xüsusi cihazlarla təmin edilib.
8 saylı Binəqədi birinci seçki dairəsinin 26 saylı seçki məntəqəsinin sədri Aybəniz Əliyeva bildirib ki, seçicilər məntəqələrə gəlir, azad və sərbəst surətdə istədikləri namizədə səs verirlər. Məntəqənin seçici siyahısında 1015 nəfərin adı var.
Qeyd edək ki, dairənin əhatə etdiyi seçki məntəqələrində indiyədək heç bir qanun pozuntusu baş verməyib.