İDMAN


Qadın güləşçilərimiz Kiyevdə yeddi medal qazanıblar

Bakı, 15 fevral, AZƏRTAC

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən qadın güləşi üzrə yığma komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Nataliya Sinişin (58 kq) qazandırıb. Mariya Stadnik keçirdiyi 4 görüşdə rəqiblərinə 1 xal belə verməyib. Finalda güləşçimiz yerli idmançı Oleksandra Kohutu məğlub edib. Nataliya Sinişin isə yarımfinalda komanda yoldaşı Yuliya Ratkeviçdən minimal hesabla üstün olub. Finalda isə güləşçimiz yerli idmançı Oksana Herhelə qalib gəlib.

Turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Anjela Doroqan gümüş medala yiyələnib.

Bürünc medalları yığmamıza Almaz İsmayılova (55 kq), Yuliya Ratkeviç (58 kq), Tatyana Omelçenko (60 kq) və Gözəl Zutova (69 kq) qazandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.