REGİONLAR


9 May–Qələbə Günü Gəncədə də qeyd olunub

Gəncə, 9 may, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə faşizm üzərində qələbənin 74-cü il dönümü qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir “Xan bağı”nda, ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi önündə keçirilib.

Mərasimdə şəhər rəsmiləri, Böyük Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi önünə əklil qoyub. Böyük Vətən müharibəsində, eləcə də Azərbaycanın suverenliyi, istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra hərbi orkestrın ifasında Azərbaycanın dövlət himni səsləndirilib.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqı Böyük Vətən müharibəsində həlak olanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Böyük Vətən müharibəsi iştirakçıları, o cümlədən bütün veteranlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Bu gün Gəncədə 7 Böyük Vətən müharibəsi iştirakçısı yaşayır. Arxa cəbhə iştirakçılarının sayı 58, Böyük Vətən müharibəsi iştirakçılarının dul xanımlarının sayı isə 72-dir.

Tədbirdə Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Daha sonra hərbi orkestrın müşayiəti ilə hərbçilər və gənc “Şahinlər”in təntənəli keçidi baş tutub.

Veteranlar və ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ailə üzvləri ilə görüş də yaddaqalan olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.