ELM VƏ TƏHSİL


9 May- Qələbə Gününə həsr olunan dəyirmi masalar təşkil olunub

Bakı, 9 may, AZƏRTAC

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən 9 May - Qələbə Gününə həsr olunan onlayn dəyirmi masalar təşkil edilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, məqsəd uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, həlak olan soydaşlarımızın xatirəsinin ehtiramla yad olunması, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə göstərdiyi qəhrəmanlıq, həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun şanlı qələbəsi haqqında gənc nəsli məlumatlandırmaqdan ibarət olub.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunan dəyirmi masada İkinci Dünya müharibəsinin iştirakçıları və İkinci Qarabağ müharibəsinin qaziləri iştirak edib. Tədbirlərdə Sovet İttifaqı qəhrəmanları Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov və iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanov haqqında mərkəzin dərnək üzvlərinin hazırladığı videoçarxlar və təqdimatlar nümayiş olunub.

Sonda dərnək üzvləri arasında 9 May - Qələbə Gününə həsr olunan bilik yarışı keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.