REGİONLAR


9 ay ərzində respublikanın 48 rayonunda avtomobil yollarının yenidənqurma və tikinti işləri davam etdirilib

Bakı, 24 oktyabr, AZƏRTAC

2017-ci ilin 9 ayı ərzində Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamlara uyğun olaraq, respublikanın 48 rayonunda 6 respublika əhəmiyyətli, 41 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, bir körpü və yeraltı piyada keçidinin tikintisi layihəsi üzrə tikinti və yenidənqurma işləri “Azəravtoyol” tərəfindən davam etdirilib.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə isə 59 layihənin həyata keçirilməsi 1,7 milyon nəfər əhalinin yaşadığı 548 yaşayış məntəqəsini əhatə edəcək. Onların 1401,1 kilometr uzunluğunda rahat avtomobil yollarından istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını (pambıq, barama, tütün və s.) və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan verəcək.

Qeyd olunub ki, həmin Sərəncamlarda nəzərdə tutulan layihələrdən 24-nün icrası artıq başa çatdırılıb. Bu imkan verib ki, 177 yaşayış məntəqəsində yaşayan 738,5 min nəfər əhali 445,5 kilometr uzunluğunda rahat, təhlükəsiz avtomobil yollarından istifadə etsinlər.

Cari ilin 9 ayı ərzində açılış mərasimi keçirilmiş obyektlərdən əlavə, Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin, Zaqatala şəhəri ərazisində yeraltı piyada keçidinin, Sabirabad rayonunda Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı, Tərtər rayonunda Tərtər-Seydimli-Qaradağlı-Sarov, Lənkəran rayonunda Liman-Nərimanabad-Balıqçılar, Cəlilabad rayonunda Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı, Abşeron rayonunda Mehdiabad-Fatmayı-Görədil və Mehdiabad-Digah-Məmmədli, Göyçay rayonunda Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı, Sabirabad rayonunda Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı (43 km), Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd (18 km), Bərdə rayonunda Yeni Daşkənd-Umudalılar, Ağstafa rayonunda Ağstafa-Köçəsgər, həmçinin Biləsuvar rayonunun Əliabad kəndinə gedən (2 km) avtomobil yollarının tikintisi və təmiri işləri də başa çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.