9 DEKABR
![]() |
1991-ci il. İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv qəbul edilib. Bu, müstəqil Azərbaycanın qəbul olunduğu ilk beynəlxalq təşkilat idi. Hazırda 60-dək dövləti birləşdirən təşkilat 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılıb. |
![]() |
1985-ci il. BMT-nin üzvü olan ölkələr yekdilliklə terrorizmin bütün formalarını cinayət kimi qiymətləndirən qətnamə qəbul ediblər. BMT 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdır. Hazırda 193 ölkə bu qurumun üzvüdür. Azərbaycan 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunub. |
![]() |
1973-cü il. Görkəmli aktyor, Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Lütfəli Abdullayev vəfat edib (1914-1973). Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri olan aktyorun əlvan yaradıcılığında çağdaş sənətkarların yazdıqları musiqili komediyalarda oynadığı rollar çoxluq təşkil edir. O, “Beş manatlıq gəlin”də Möhsün, “Toy kimindir?”də Qoşun, “Gözün aydın”da Qəhrəman kimi obrazları ilə tamaşaçıların böyük rəğbətini qazanıb. L.Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı “Arşın mal alan” filmində Vəli rolu olub. O, bu rola görə 1946-cı ildə Dövlət mükafatına layiq görülüb. Sənətkar, həmçinin “Əhməd haradadır?”da Zülümov, “Ulduz”da Məhəmməd, “Qəribə əhvalat”da Kefçilov kimi rollarla yaddaşlarda əbədi iz qoyub. 2014-cü ildə L.Abdullayev haqqında “Ürəklərdə yaşayan sənətkar Lütfəli Abdullayev” qısametrajlı sənədli filmi çəkilib. Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli Sərəncamı əsasında sənətkarın 100 illik yubileyi qeyd edilib.
|
![]() |
1963-cü il. Azərbaycan aktyoru, rejissor, ssenarist, Əməkdar İncəsənət Xadimi Lətif Səfərov vəfat edib (1920-1963). L.Səfərov rejissor kimi fəaliyyətə 1950-ci ildə kinostudiyada bir neçə sənədli filmə quruluş verməklə başlayıb. 1955-ci ildə ona “Sevimli mahnı” (“Bəxtiyar”) filmini çəkmək həvalə olunub. Bununla rejissor böyük kinoda ilk filmini yaradıb. “Qızmar günəş altında” (1957), “Leyli və Məcnun” (1961) kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən L.Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bilib. O, “Azərbaycan sərhədçiləri” (1951), “Bakı və bakılılar” (1958) kimi bir sıra filmlərin rejissoru olub. |
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [17:03]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [17:02]
Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub
- 15.10.2026 [17:02]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:58]



