ELM VƏ TƏHSİL


9 illik təhsil bazasında Maliyyə-İqtisad Kollecinin boş qalan yerlərinə qəbulda ən yüksək keçid balı 226 olub

Bakı, 8 oktyabr, AZƏRTAC

2021-2022-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulda Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kollecinə ən yüksək keçid balı dövlət sifarişi əsasında maliyyə işi ixtisası üzrə 226.0 bal olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının xüsusi buraxılışında məlumat verilib. Bildirilib ki, kollecdə ən aşağı keçid balı isə sosial iş ixtisası üzrə (ödənişli əsaslarla) 122.6 olub.

Qeyd edək ki, 2021-2022-ci tədris ili üçün Maliyyə-İqtisad Kollecinə dövlət sifarişi və ödənişli əsaslarla 5 ixtisas üzrə qəbul aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.