ELM VƏ TƏHSİL


9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ödənişsiz əsaslarla 4 min 406 nəfər qəbul olub

Bakı, 18 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, ümumi orta təhsil bazasında kolleclərə (dövlət) ödənişsiz əsaslarla Azərbaycan bölməsi üzrə 4 min 298, rus bölməsi üzrə 108 abituriyent olmaqla cəmi 4 min 406 nəfər qəbul olub. Bu, qəbul planı üzrə 98.39 faiz təşkil edir.

Qeyd edək ki, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada – portal.edu.az platforması vasitəsilə aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.