İQTİSADİYYAT


ABB şirkəti Azərbaycanın energetika sahəsində bütün layihələrinin fəal iştirakçısıdır

Bakı, 1 iyun, AZƏRTAC 

İsveçrənin Azərbaycanda fəaliyyət göstərən ABB şirkəti əsasən energetika sahəsində məhsulların istehsalı üzrə ixtisaslaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə XXV yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas 2018” sərgisində şirkətin satış meneceri Cavanşir Cəfərov məlumat verib.

Onun sözlərinə görə, 1883-cü ildə təsis edilmiş və baş ofisi Sürix şəhərində yerləşən ABB şirkəti əsasən transformator və müxtəlif çeşidli elektrik avadanlıqları istehsal edir və dünyanın 150 ölkəsində nümayəndəliyi var. Şirkətdə 145 mindən artıq işçi çalışır.

Bundan başqa, ABB şirkəti xidmət sektorunda, sənaye, nəqliyyat və infrastruktur sahəsində elektrikləşdirmə, sənaye avtomatlaşdırma və qabaqcıl robot texnologiyaları üzrə dünya lideridir.

C.Cəfərov qeyd edib ki, təmsil etdiyi qurum Azərbaycanın energetika sahəsində bütün layihələrinin fəal iştirakçısıdır. Bundan başqa, şirkət mühəndis həlləri kompaniyası kimi də fəaliyyət göstərir.

Həmçinin vurğulanıb ki, şirkətin sistem və xidmət portfeli istehsalatın məhsuldarlığını artırır, xidmət boyunca xərcləri azaltmaqla, avadanlığın istifadə müddətini uzadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.