DÜNYA


ABŞ 12 minə yaxın hərbçisini Almaniyadan çıxarır

Bakı, 29 iyul, AZƏRTAC

ABŞ Almaniyadan çıxaracağı 11,9 min hərbçidən 6,4 minini vətənə qaytaracaq.

AZƏRTAC Amerika telekanallarına istinadla xəbər verir ki, bunu Birləşmiş Ştatların Müdafiə naziri Mark Esper deyib.

“ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının planına əsasən, təxminən 11,9 min amerikalı hərbçi Almaniyadan çıxarılacaq. Onlardan 6,4 mini vətəninə dönəcək”, - deyə Pentaqon rəhbəri bildirib. Onun sözlərinə görə, qalan hərbçilər İtaliya və Belçikada dislokasiya olunacaq.

Mark Esper əlavə edib ki, Prezident Donald Tramp ABŞ hərbçilərinin Almaniyadan çıxarılması planını dəstəkləyib və müttəfiqlər bu barədə rəsmən məlumatlandırılıb.

“Biz ötən həftə Konqresin əsas üzvlərini bu barədə məlumatlandırdıq. NATO-nun Baş katibi Yens Stoltenberqlə danışdım və son bir neçə gün ərzində müttəfiqləri bilavasitə xəbərdar etdim”, - deyə Pentaqon rəhbəri qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.