DÜNYA


ABŞ ƏFQANISTANA BÖYÜK MƏBLƏĞDƏ HƏRBİ YARDIM GÖSTƏRƏCƏK

AZƏRTAC-ın müxbirinin Vaşinqtondan verdiyi xəbərdə deyilir ki, ABŞ Prezidenti Corc Buş Əfqanıstana 135 milyon dollar məbləğində hərbi yardım göstərilməsi barədə sərəncam imzalamışdır. Memorandum şəklində rəsmiləşdirilən bu qərarı o, dövlət katibi Kolin Pauellə və müdafiə naziri Donald Ramsfeldə göndərmişdir.

Sənəddə bildirilir ki, həmin vəsait hərbi təchizata və xidmətlərə, habelə hərbi hazırlığa yönəldiləcəkdir. Sərəncamın əməli surətdə həyata keçirilməsi ilə ABŞ Müdafiə Nazirliyi məşğul olacaqdır.

Xatırladaq ki, bundan əvvəl ABŞ Əfqanıstan iqtisadiyyatının inkişafı üçün 1 milyard dollardan çox vəsait ayırmaq niyyətində olduğunu açıqlamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.