ABŞ ALİMLƏRİNİN MARAQLI KƏŞFİ
AzerTAg.az
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla bildirir ki, ABŞ alimləri hansı ər-arvadın uzun və xoşbəxt ömür sürəcəyini, hansıların isə yaxın gələcəkdə boşanacağını çox böyük ehtimalla aydınlaşdıran xüsusi alqoritm tapmışlar. Onlar təxminən 700 ər-arvadın iştirakı ilə təcrübə aparmışlar. Bu məqsədlə, hər bir ər-arvad əks mövqelərdə olduqları mübahisələrə cəlb olunmuş, alimlər belə vəziyyətlərdə 15 dəqiqəlik videolentlər hazırlamışlar. Bu zaman onların sifətlərinin mimikasına, nəbzlərinin tezliyinə və qarşılıqlı iradlarının xarakterinə xüsusi diqqət yetirilmişdir. Alimlərin fikrincə, hətta münaqişə əsnasında belə bir-birinə çox böyük qayğı ilə yanaşan ər-arvadların münasibətləri daha möhkəm və davamlıdır.
Xəbərin mətnində orfoqrafik səhv var