ABŞ Avropa ölkələrinin Rusiyadan neft idxalına embarqo tətbiq etmələrini gözləyir
AzerTAg.az
Vaşinqton, 13 may, AZƏRTAC
Rəsmi Vaşinqton Avropa ölkələrinin Rusiyadan neft idxalına embarqo tətbiq etmələrini gözləyir.
AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ Konqresinin Senatında Ukraynaya əlavə yardım göstərilməsi mövzusuna həsr edilmiş dinləmələrdə çıxış edib. O bildirib ki, Vaşinqton avropalı müttəfiqlərin “bu həftə olmasa da, gələn həftə” embarqo tətbiq edəcəklərini gözləyir.
Karen Donfrid qeyd edib ki, ABŞ “lap yaxın vaxtda Avropanın Rusiyadan neft tədarükünə qadağa tətbiq edəcəyini görəcəyinə əmindir”.
Qərbdə bir sıra ölkələr Ukraynada yaranmış vəziyyətə görə Rusiya Federasiyasına qarşı bir neçə sanksiya paketi tətbiq edib.
AZƏRTAC-ın Vaşinqton bürosu
Xəbərin mətnində orfoqrafik səhv var