DÜNYA


ABŞ BİOTERRORÇULARDAN MÜDAFİƏPROQRAMINA BAŞLAYIR

AZƏRTAC-ın müxbiri ABŞ Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Vaşinqtonda yayılmış məlumatına istinadla xəbər verir ki, nazirlik ölkənin bioterrorçulardan müdafiə proqramını həyata keçirməyə başlayır.

Məlumatda deyilir ki, bundan ötrü 2004-cü ilin aprelinədək MTN nəzdində iki xüsusi mərkəz yaradılacaqdır. Onlardan biri heyvanlarla bağlı bioterrorizm məsələləri ilə, digəri isə yığılan məhsulun təhlükəsizliyini təmin etmək problemi ilə məşğul olacaqdır.

2004-cü ildə MTN daha bir neçə bu cür mərkəz yaratmaq niyyətindədir. Onlar milli təhlükəsizliyin təmin edilməsi üçün ən mühüm sahələrdə tədqiqatlar aparacaqlar. Həmin proqramın köməyi ilə MTN ölkənin ən yaxşı ekspertlərini bütün bu işlərə cəlb edəcək və onlar diqqəti, əsasən, nüvə, radioloji, bioloji və kimyəvi terrorizmdən irəli gələn təhlükələrə yönəldəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.