DÜNYA


ABŞ Bosniya və Herseqovinadan olan bəzi siyasətçiləri “qara siyahı”ya daxil edəcək

Sarayevo, 8 oktyabr, AZƏRTAC

ABŞ-ın Bosniya və Herseqovinadakı səfiri Erik Nelson Birləşmiş Ştatların korrupsiya səbəbi ilə bu ölkədən olan bəzi şəxsləri “qara siyahı”ya daxil edəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, E.Nelson korrupsiya ilə məşğul olan bu şəxslərin ABŞ-a səfərinin və Birləşmiş Ştatlara sərmayə yatırmalarının məhdudlaşdırılacağını deyib.

Səfir ABŞ Prezidenti Co Baydenin korrupsiyanı təhlükəsizlik təhdidi kimi qəbul etdiyini və Balkan ölkələrində bu bəlaya qarşı mübarizə aparmaqda qətiyyətli olduqlarını söyləyib.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.