DÜNYA


ABŞ Fars körfəzi üzərindən uçuşların təhlükəli olması barədə xəbərdarlıq edib

Bakı, 18 may, AZƏRTAC

Amerika hakimiyyəti ABŞ və İran arasında gərginliyin artması səbəbindən Fars körfəzi üzərindən uçuşların təhlükəli olması barədə kommersiya aviadaşıyıcılarını xəbərdar edib.

AZƏRTAC ABC telekanalına istinadla xəbər verir ki, amerikalı diplomatların ABŞ Federal Aviasiya İdarəsinə təqdim etdiyi xəbərdarlıqda regiondakı hazırkı gərginliyin kommersiya aviadaşıyıcılarının təhlükəsizliyini təhdid etdiyi bildirilir.

Bir qədər əvvəl “Lloyd's of London” sığorta kompaniyası da regionda dəniz daşımaları üçün risklərin artdığı barədə xəbərdarlıq yaymışdı.

Xəbərdarlıq təxminən 30 il bundan öncə İrana məxsus sərnişin təyyarəsi ilə bağlı baş verən insidentin təkrarlanmaması üçün edilir. Belə ki, 1988-ci il iyulun 3-də Tehran–Bəndər-Abbas–Dubay marşrutu üzrə uçuş həyata keçirən “Iran Air” aviakompaniyasına məxsus sərnişin təyyarəsi ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən vurulmuşdu. Faciə nəticəsində 290 nəfər həlak olmuşdu. ABŞ hökuməti sərnişin təyyarəsinin qırıcı təyyarə ilə səhv saldıqlarını iddia etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.