MƏDƏNİYYƏT
ABŞ-IN BİRİNCİ XANIMI “İDEAL HƏYAT YOLDAŞI”DIR
AZƏRTAC-ın Vaşinqtondan aldığı xəbərdə deyilir ki, burada ABŞ-ın “birinci ledi”si – ABŞ Prezidentinin xanımı Lora Buş haqqında “İdeal həyat yoldaşı – Lora Buşun həyatı və seçimi” kitabı çapdan çıxmışdır.
224 səhifəlik kitabın müəllifi “Vaşinqton post” qəzetinin tanınmış müxbiri, Ağ evin işini, habelə Amerikanın birinci xanımının fəaliyyətini işıqlandıran Ənn Herhartdır. Lora Buşla onun baxışları və maraq dünyası barədə bir neçə dəfə ətraflı söhbət edən Herhart kitabda Prezidentin ömür-gün yoldaşının və sirdaşının həyatından, ailəsindən, qızları və əri ilə münasibətlərindən danışır.
Tənqidçilərin fikrincə, amerikalıların birinci xanıma böyük rəğbət bəslədiyi nəzərə alınarsa, “İdeal həyat yoldaşı” ABŞ-da ən çox oxunan kitablardan biri olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:37]
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
- 26.04.2024 [21:30]
Yelena Haqverdiyeva – rəssam və ilham pərisi
- 26.04.2024 [18:02]
AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib
- 26.04.2024 [17:51]
Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub
- 26.04.2024 [17:46]