DÜNYA
ABŞ İRAQDA HƏRBİ ƏMƏLİYYATLARIN BİR QİSMİNİ NATO-YA HƏVALƏ ETMƏK İSTƏYİR
Onun sözlərinə görə, Şimali Atlantika İttifaqı ölkələrinin müdafiə nazirləri İraqda hərbi əməliyyatlar aparmaq səlahiyyətlərinin bir qisminin NATO-ya həvalə olunması məsələsini müzakirə edirlər. Belə ki, bəzi ölkələrin, məsələn, Polşanın hərbi əməliyyatlarda iştirakı İttifaqın hərbi əməliyyatı kimi rəsmiləşdirilə bilər.
C.Buş koalisiya qüvvələrinin İraqdakı üsyançıların müqavimətini qıra biləcəyinə əmin olduğunu da açıqlamışdır. Ağ evin başçısının sözlərinə görə, ölkədə vahid mübarizə cəbhəsi yox, yalnız çoxsaylı quldur qrupları var. C.Buş demişdir: “Quldurların cavabını vermək üçün Amerika hərbçilərinin kifayət qədər qüvvəsi və vəsaiti var, lazım gələrsə, İraqa əlavə qüvvələr də göndəriləcəkdir.
ABŞ Prezidenti İraqdakı münaqişəni Vyetnam müharibəsi ilə müqayisə edənlərlə qəti surətdə razı olmadığını bildirmişdir. Onun fikrincə, belə müqayisə tamamilə yersizdir.