DÜNYA


ABŞ İrana yenidən danışıqlara başlamağı təklif edib

Tehran, 9 may, AZƏRTAC

ABŞ İrana yenidən danışıqlara başlamağı və məsələləri ətraflı müzakirə etməyi təklif edib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayn Huk Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziyasına verdiyi müsahibədə İran ilə yeni danışıqların vaxtının çatdığını bildirib.

B.Huk qeyd edib ki, ABŞ yeni müharibənin başlamasını istəmir və İrana yenidən, hərtərəfli danışıqlar aparmağı təklif edir. Onun sözlərinə görə, əgər danışıqlar başlasa və razılıq əldə edilsə, onda Konqres bu razılaşmanı ratifikasiya edəcək və razılaşma qanuni qüvvəyə minəcək.

Siyasi müşahidəçilərin fikrincə, B.Huk razılaşmanın Konqres tərəfindən təsdiq ediləcəyini bildirməklə onu demək istəyir ki, razılaşma qanunverici orqan tərəfindən təsdiqlənsə, heç bir prezident onu dəyişə bilməz. Bununla, ABŞ İrana zəmanət verir ki, yeni razılaşma olsa, rəsmi Vaşinqton ondan çıxmayacaq.

Rəsmi Tehran hələ ki, bu müraciətə cavab verməyib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.