DÜNYA


ABŞ, Kanada və Meksika azad ticarət zonası haqqında sazişə dair razılığa gəliblər

Vaşinqton, 2 oktyabr, AZƏRTAC 

Amerika Birləşmiş Ştatları, Kanada və Meksika Şimali Amerika azad ticarət zonası haqqında Sazişi (NAFTA) əvəz edən yeni üçtərəfli sazişin şərtlərinə dair razılığa gəliblər. USMCA (United States-Mexico-Canada Agreement) adlanan yeni sazişin imzalanmasını ABŞ prezidenti Donald Tramp tələb edirdi. Rəsmi Vaşinqton əvvəl Meksika, sonra isə Kanada ilə razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, Kanadanın xarici işlər naziri Kristina Friland və ABŞ prezidentinin ticarət üzrə təmsilçisi Robert Laythayzerin birgə verdiyi bəyanatda deyilir ki, yeni saziş “orta sinif gücləndirəcək, eləcə də Şimali Amerikada yaşayan təxminən yarım milyard insan üçün yeni imkanlar, habelə yaxşı, yüksək maaşlı iş yerləri yaradacaq”.

Kanada ilə razılaşma üçün son möhlət bazar günü gecə başa çatmalı idi. Tramp danışıqların baş tutmayacağı təqdirdə, Kanadanın avtomobil sənayesi mallarına əlavə rüsum tətbiq edəcəyini bildirmişdi.

Yerli mətbuat xəbər verir ki, Kanada son anda amerikalı fermerlərə süd bazarının 3,5 faizini vermək qərarına gəlib. Bununla, eyni zamanda, rəsmi Ottava Kanadanın avtomobil sənayesinin maraqlarının qorunmasına təminat yarada bilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.