DÜNYA


ABŞ, Kanada və Meksika liderləri yeni ticarət sazişi imzalayıblar

Bakı, 30 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp, Kanadanın Baş naziri Castin Trüdo və Meksika lideri Enrike Penya noyabrın 30-da yeni ticarət sazişi imzalayıblar.

AZƏRTAC xəbər verir ki, Argentinada keçirilən G20 sammitinin meydanlarında baş tutan tədbir Ağ evin saytında yayımlanıb. Dövlətlərarası ticarət blokunun parametrlərini müəyyən edən və Şimali Amerika azad ticarət zonasının (NAFTA) əvəzinə qüvvəyə minəcək saziş Donald Trampın təkidi ilə yeni güzəştli şərtlərlə imzalanıb. ABŞ Prezidenti sazişi tarixi uğur, bu barədə danışıqları isə “əsl döyüş” adlandırıb.

Yeni ticarət sazişi Amerika konqresi də daxil olmaqla, hər üç ölkənin parlamenti tərəfindən təsdiqlənməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.