SİYASƏT


ABŞ Konqresinin daha bir nüfuzlu üzvü Azərbaycanı Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib

Vaşinqton, 22 iyun, AZƏRTAC 

ABŞ Konqresinin Nümayəndələr Palatasında Texas ştatını təmsil edən, Konqresin Qaydalar Komitəsinin sədri və Azərbaycan üzrə İşçi Qrupunun üzvü nüfuzlu respublikaçı Pit Seşnz Azərbaycanın milli bayramı – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, bəyanatda 1918-ci il mayın 28-də təməli qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman aləmində ilk dünyəvi parlamentli respublika olduğu vurğulanıb. Sovet İttifaqının süqutundan sonra ABŞ-ın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyaraq diplomatik münasibətlər qurduğu qeyd olunub. Həmçinin müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində Azərbaycanın ABŞ-ın etibarlı dostuna çevrildiyi bildirilib. 2001-ci il 11 sentyabr terrorundan sonra Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ-ın mühüm müttəfiqi olduğu, Əfqanıstan, Balkanlar və İraqdakı əməliyyatlarda ABŞ-la birgə iştirak etdiyi vurğulanıb.

Bəyanatda, eyni zamanda, İsraillə güclü iqtisadi, hərbi və strateji əlaqələrə malik Azərbaycanın onun regionda ən yaxşı müttəfiqlərindən biri olduğu qeyd edilib. Bundan əlavə, Azərbaycanın enerji marşrutlarının şaxələndirilməsində mühüm rol oynadığı vurğulanıb.

Sonda Konqres üzvü bir daha Azərbaycan Respublikasını bayram münasibətilə təbrik edərək ABŞ və Azərbaycan arasındakı güclü əlaqələrin uzun illər davam edəcəyinə ümidvar olduğunu bildirib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.