MƏDƏNİYYƏT
ABŞ, Rusiya və Gürcüstanın caz musiqiçiləri Bakıda açıq səma altında çıxış edəcəklər
Bakı, 30 avqust, AZƏRTAC
“Barrel Playground” klubu bu payız caz fanatlarına böyük hədiyyə hazırlayır. Belə ki, sentyabrın 7-dən 10-dək Bakıda açıq səma altında ABŞ, Rusiya, Gürcüstan və əlbəttə ki, Azərbaycanın istedadlı caz artistləri çıxış edəcəklər.
Tədbirin təşkilatçıları AZƏRTAC-a bildiriblər ki, sentyabrın 7-si Gürcüstan cazmenləri - Paata Andriadze, Levan Deisadze, Zaza Tsertsvadze; sentyabrın 8-i Rusiyadan olan cazmenlər – Yakov Okun, Sergey Qolovnya, Vitali Salomonov, David Petrov; sentyabrın 9-u ABŞ cazmenləri – Edvard Peres, Lui Qodvin, Endryu Atkinson; sentyabrın 10-u Azərbaycan cazmenləri – Əməkdar Artist Salman Qəmbərov, Emil Həsənov, Vaqif Əliyev, Səbinə Hacıyeva, Cəmil Əmirov, Tofiq Cabbarov və Mircavad Bağırovun çıxışları planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]