DÜNYA


ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv etdi

Bakı, 23 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Türkiyənin “Sülh çeşməsi” əməliyyatının 120 saatlıq dayandırılması ilə bağlı anlaşma mövzusunda açıqlamalar verib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Suriyada əməliyyatları dayandırdığını xatırladan Tramp bu ölkəyə oktyabrın 14-də tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün Maliyyə Nazirliyinə göstəriş verdiyini bildirib. Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək deyib: “Prezident Ərdoğanla çox yaxşı əlaqəmiz var. Ölkəsini çox sevən bir liderdir. Ölkəsi üçün doğru olan işi gördü. Çox yaxın zamanda onunla görüşəcəyik”.

ABŞ-ın Maliyyə Nazirliyindən verilən yazılı məlumatda Türkiyəyə “Sülh çeşməsi” əməliyyatı səbəbindən tətbiq edilən sanksiyaların ləğv olunduğu bildirilib. Məlumata görə, Milli Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz və Daxili İşlər naziri Süleyman Soylu ABŞ-ın sanksiya siyahısından çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.