SİYASƏT


ABŞ VƏ İRANIN BAŞ KİTABXANALARI ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALAMIŞLAR

AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, kitabxanaçılıq işi ABŞ və İran arasında - 25 il əvvəl diplomatik əlaqələrini kəsən və bu iki ölkənin əməkdaşlığının nadir sahələrindən biri olacaqdır. ABŞ Konqresi Kitabxanasının direktoru Ceyms Billinqton bildirmişdir ki, bu yaxınlarda Tehrana səfəri zamanı İslam Respublikası Milli kitabxana və arxivlərinin rəhbəri ilə kitab və dövri mətbuat mübadiləsi barədə saziş imzalamışdır.

Sazişdə Amerika və İran alimlərinin qədim əlyazmaların qorunması sahəsində qarşılıqlı fəaliyyəti, kitab sərgilərində və yarmarkalarında birgə iştirakı, mədəni proqramların təşkili də nəzərdə tutulur.

Billinqtonun sözlərinə görə, saziş ABŞ Konqresi Kitabxanasının fondlarında son 25 ildə yaranmış “fars dilində ədəbiyyatın çatışmazlığı” problemini həll etməyə, Yaxın Şərq və Cənubi Asiya problemləri üzrə ekspertlərə tədqiqatlar üçün yeni qiymətli material əldə etməyə imkan verəcəkdir.

Mədəniyyət və idman sahəsində əlaqələrin çox məhdud olmasına baxmayaraq, ABŞ və İran, az da olsa, ticarət əlaqələri saxlayırlar. Amerika hökuməti öz şirkətlərinə İrana kənd təsərrüfatı və dava-dərman ixrac etməyə, oradan isə qara kürü, badam və xalçalar gətirməyə icazə verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.