İQTİSADİYYAT


ABŞ-da “Apple MacBook Pro” noutbuklarının bəzi modellərinin daşınmasına qadağa qoyulub

Vaşinqton, 19 avqust, AZƏRTAC

“Apple” şirkətinin 15 düymlü “MacBook Pro” noutbuklarının bəzi modellərinin litium-ion batareyalarının yanmasından ehtiyat edərək geri çağırmasından sonra “MacOS” əməliyyat sisteminə malik 15 düymlü hər hansı noutbukların sahibləri ABŞ aeroportlarında problemlə qarşılaşırlar. Təhlükəsizlik-mühafizə xidmətinin əməkdaşları sərnişinləri dayandırır və onları sorğu-suala tuturlar.

AZƏRTAC xəbər verir ki, noutbukların geri çağırılması ilə bağlı ABŞ-ın Federal Aviasiya İdarəsi bu həftə bəyan edib ki, aviaşirkətlərə təhlükəsizlik qaydaları barədə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda geri çağırılan modellərə aid olan noutbukların nə baqajda, nə də əl yükü qismində daşınmasına icazə verilmədiyi xatırladılır.

İyun ayında “Apple” şirkəti 15 düymlü “MacBook Pro” noutbuklarının bəzi modellərini geri qaytarması barədə bəyan vermişdi. Buna səbəb onların batareyasının həddindən artıq qızmaya meyilli olması göstərilir. Buraya 2015-ci ilin sentyabrından 2017-ci ilin fevralınadək olan dövrdə satılan kompüterlər aid edilir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.