Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ABŞ-da Obama dövrünün stereotipləri yaşayır

ABŞ-da Obama dövrünün stereotipləri yaşayır

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan qəzetinin 9 sentyabr tarixli nömrəsində “ABŞ-da Obama dövrünün stereotipləri yaşayır” sərlövhəli məqalə dərc olunub. AZƏRTAC məqaləni təqdim edir.

X X X

Son günlər Qərbin müəyyən dairələrinin Azərbaycana qarşı sanksiyalaşdırdığı yeni qarayaxma kampaniyası fonunda ABŞ-Azərbaycan əlaqələrinin perspektivinə kölgə sala biləcək proseslərin cərəyan etdiyi müşahidə olunur. Sentyabrın 4-də - eyni gündə “The Washington Post” və “The Guardian” nəşrlərində sifarişlə dərc olunmuş iki məqalə yeni hücum üçün siqnal oldu və dərhal “5-ci kolon” da daxil olmaqla nəhəng “diskreditasiya maşını” işə düşdü. Müxtəlif beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələrinin tənqidi reaksiyası ənənəvi sxem üzrə Azərbaycanın növbəti dəfə hədəfə götürüldüyünə heç bir şübhə yeri qoymadı. Sentyabrın 7-də Dövlət Departamentinin sözçüsü Heather Nauert bəyanatla çıxış edərək hazırda həbsdə olan “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin azadlığa buraxılmasını tələb etdi. Bunun ardınca isə ermənipərəst senator Riçard Durbin 2018-ci büdcə ili üçün Ştat və Xarici Əməliyyatlara dair qanun layihəsinin müzakirəsi əsnasında Azərbaycan rəsmilərinə qarşı sanksiyaları nəzərdə tutan düzəlişi Senatın müvafiq komitəsinə təqdim etdi. Həmçinin Devid Kramer də daxil olmaqla Obama dövründən qalma bir qrup “ştatlı tənqidçi” sanksiyaların reallaşdırılması ilə bağlı təbliğat aparmağa başladı.

Beləliklə, görünən odur ki, Azərbaycanı daim hədəfdə saxlayan sorosçu dairələr və erməni lobbisi yaranmış fürsətdən istifadə edərək ABŞ-Azərbaycan münasibətlərini, strateji tərəfdaşlıq əlaqələrini pozmaq üçün hərəkətə keçiblər.

Etiraf edilməlidir ki, Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra B.Obama Administrasiyasının iki ölkə arasında yaratdığı fəsadların aradan qalxacağına böyük ümid yaranmışdı. Bir çox ekspertlər cənab Trampın prezidentliyinin ilk günlərində Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsini ikitərəfli münasibətlərdə yeni səhifəsi kimi şərh etmişdilər. 2016-cı ilin aprelində Azərbaycan dövləti başçısının ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması, dövlət katibi Con Kerri və bir sıra digər rəsmi şəxslərlə görüşü iki ölkə arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürü kimi səciyyələndirildi. ABŞ Prezidentinin 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Prezident İlham Əliyevə təbrik məktublarında isə ikitərəfli münasibətlərdə yeni dönəmin başlandığına birbaşa işarə edilmişdi. Donald Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirmişdi.

Təbii ki, bütün bunlar cənab Trampın Bakıya şəxsi münasibətindən daha çox, ABŞ-ın yeni seçilmiş prezidentinin Cənubi Qafqaz regionunun aparıcı ölkəsi olan Azərbaycanın Qərbin terrorla mübarizəsi, mühüm enerji layihələrinin həyata keçirilməsi və digər önəmli məsələlərdə yeri və roluna verdiyi qiymət kimi xarakterizə olunmalıdır. Digər tərəfdən, cənab D.Tramp dəfələrlə bəyan etmişdi ki, ABŞ əvvəlki dövrlərdə olduğu kimi, öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. Bu da onu deməyə əsas verirdi ki, ABŞ Prezidenti digər ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyur. Bu siyasət Birləşmiş Ştatların keçmiş Prezidenti Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan mənfi halların və soyuqluğun aradan qaldırılması, iki ölkə arasında faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı başlanğıc ola bilərdi.

Lakin son hadisələr göstərir ki, rəsmi Vaşinqton Obama dövrünün stereotiplərindən, müxtəlif lobbi qruplarının dövlətin rəsmi siyasətinə güclü təsir rıçaqlarından hələ də xilas ola bilməyib. Dövlət Departamenti, Konqres və digər vacib idarəçilik və qanunvericilik institutlarında mühüm postlar tutan maraqlı qüvvələr “demokratiya” və “insan hüquqları” adı altında müstəqil ölkələrin daxili işlərinə müdaxilə siyasətini cənab Trampın bəyan etdiyi strateji kursa qarşı qoyaraq, ABŞ-ın tərəfdaşlarını öz siyasətlərinə yenidən baxmağa sövq edirlər.

Bu qüvvələr hesab edirlər ki, Azərbaycanın öz dövlətçilik, milli maraqları ya ümumiyyətlə olmamalı, ya da onların cızdığı çərçivədən kənara çıxmamalıdır. Bu, tamamilə yanlış düşüncə tərzidir. Azərbaycan artıq əyani şəkildə sübut edib ki, müstəqil dövlət olaraq daxili və xarici siyasətini, beynəlxalq əlaqələrini özü müəyyənləşdirir və bunun üçün hansısa güc mərkəzinin, kənar qüvvənin məsləhətlərinə ehtiyac görmür. Bəlkə buna görə ABŞ-ın bəzi dairələri belə fikirləşirlər ki, Azərbaycan artıq Qərbi və onun dəyərlərini “inkar etmək” yolunu tutub. Buna görə də Dövlət Departamentinin rəsmi orqanı kimi qəbul edilən “The Washington Post” qəzeti başda olmaqla bəzi Qərb KİV-lərində Azərbaycanın əleyhinə heç bir tərəfdaşlıq anlayışına sığmayan, adi etika çərçivəsini aşan qondarma materiallar verilir, “Human Rights Watch”, “Freedom House”və digər bu kimi təşkilatlardan təzyiq vasitəsi kimi istifadə olunur.

Uzun illər Azərbaycan belə ittihamlara dözümlü yanaşıb, bu kimi ədalətsiz hücumların strateji tərəfdaşlıq, ikitərəfli və çoxtərəfli səmərəli əməkdaşlıq əlaqələrinin inkişafına kölgə salmaması üçün əlindən gələni edib. Azərbaycan bir tərəfdən aydın şəkildə göstərib ki, öz strateji seçiminə, vəzifə və öhdəliklərinə sadiqdir. Digər tərəfdən isə hamıya nümayiş etdirib ki, müstəqil bir dövlət kimi dünya siyasətinin bütün aktorları ilə əlaqələrini bərabərhüquqlu əməkdaşlıq çərçivəsində qurmaq əzmindədir və heç bir halda öz milli maraqlarına təhlükə yaradan addımlar atmayacaqdır. Bu kontekstdə Azərbaycanın ABŞ və Avropa İttifaqına münasibətindəki səmimiyyəti bir növ etalon adlandırmaq da olar. Reallıq da budur ki, rəsmi Bakı hələ də bu seçimdən imtina etməyib, müxtəlif güc mərkəzlərinin, bəzi region dövlətlərinin təzyiqinə baxmayaraq, həm Avropa İttifaqı, həm də ABŞ ilə strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə çalışır.

Əgər ABŞ-da anti-Azərbaycan dairələri və lobbi maraqları üstün gələrsə və Rusiyaya qarşı tətbiq edilmiş “Qlobal Maqnikski Aktı” Azərbaycana da şamil olunarsa, rəsmi Bakı Qərblə tərəfdaşlıq siyasətinə yenidən baxa və adekvat addımlar ata bilərmi? Bu addımlar hansılar olacaq?

Ekspertlərin rəyinə görə, təcrübə göstərir ki, rəsmi Bakı öz tərəfdaşları ilə münasibətlərində kifayət qədər səmimi olsa da, təzyiq və dominantlıq siyasətini heç vaxt qəbul etməyib. Bu baxımdan, Azərbaycan hakimiyyətinin Qərblə strateji tərəfdaşlıq əlaqələrindən imtinanı nəzərdə tutan adekvat addımlar ata biləcəyi tam realdır.

Artıq qeyd edildiyi kimi, Azərbaycanın Qərblə tərəfdaşlığı bəzi böyük region dövlətlərini narahat edir və qıcıqlandırır. Lakin çoxvektorlu, balanslı siyasətə üstünlük verən rəsmi Bakı bütün təzyiqlərə davam gətirərək ABŞ və Avropa İttifaqı ilə strateji tərəfdaşlığını davam və inkişaf etdirib. Sanksiya və bu kimi yanlış addımlar rəsmi Bakını öz xarici siyasətini yenidən nəzərdən keçirməyə və birtərəfli seçimə üstünlük verməyə məcbur edə bilər. Bu isə regionda böyük maraqları olan ABŞ və Qərb dövlətləri üçün ciddi itki olacaqdır.

Məlumdur ki, Azərbaycanın sülhməramlı taqımları 1999-2008-ci illərdə Kosovoda, 2003-2008-ci illərdə İraqda sülhyaratma missiyasının tərkibində iştirak etdilər. 2002-ci ildə analoji missiyanı Əfqanıstanda həyata keçirməyə başlayan Azərbaycan əsgərləri bu gün də həmin ölkədə öz vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər. Azərbaycan öz hava məkanını açmaqla və mövcud hava nəqliyyatı infrastrukturundan istifadə imkanlarına şərait yaratmaqla, Əfqanıstanda dislokasiya olunmuş NATO hərbi kontingentinin təchizatına mühüm dəstək göstərir. Buna görə də Azərbaycan, ilk növbədə, Qərblə hərbi-geostrateji müstəvidə əməkdaşlığını, antiterror əməliyyatlarında, sülhyaratma missiyasında iştirakını dayandıra və Əfqanıstanda NATO kontingentinin təchizatı üçün imkan yaratmaqdan imtina edə bilər.

Bu gün Azərbaycana qarşı yeni kampaniyanı sanksiyalaşdıranlar sadəlövhcəsinə zənn edirlər ki, bu addımla “5-ci kolon”u, öz “dostlarını” müdafiə edə biləcəklər. Uzun illərdir rəsmi Bakı Xədicə İsmayıl, Mehman Əliyev, Emin Milli və digər bu kimi anti-milli ünsürlərin, Qərbin QHT və media şəbəkəsinin özbaşınalığına göz yummağa çalışıb, onların konkret olaraq bəlli missiya yerinə yetirdiyi açıq-aydın görünsə də, buna dözümlü yanaşıb. Ancaq bu şəbəkənin fəaliyyəti dövlətin əsaslarını sarsıtmağa başlayanda preventiv tədbirlərin həyata keçirilməsi zərurətə çevrilib və lazımi addımlar atılıb. Qərbin yeni “demarşı” isə bu addımların daha da dərinləşdirilməsi üçün ciddi əsas yarada bilər.

Əlbəttə, görüləcək tədbirlərin siyahısı genişdir və təbii ki, təkcə sadalananları əhatə etmir. Ancaq bütün bunlara nə ehtiyac var? Azərbaycanı sıxışdıraraq özündən uzaqlaşdırmaq Qərbə yaxşı nə verə bilər?

Azərbaycan ABŞ və Qərb ilə münasibətlərinə sadiqdir və bu əlaqələrin daha da dərinləşdirilməsinin tərəfdarıdır. Ümid etmək olar ki, Donald Tramp Administrasiyası Barak Obama dövrünün səhvlərini təkrarlamayacaq və Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışan sorosçu şəbəkəyə və erməni lobbisinə meydan verməyəcək. Bu halda nə sanksiya kimi cəfəng addımlara, nə də cavab tədbirlərinə ehtiyac qalmayacaq.

“Azərbaycan”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir